Digər
Bürünc medal hansı komandaya qismət olacaq?

21.04.2025 | 11:15
Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında bu gün üçüncü yerin sahibi müəyyənləşəcək.
Sports.az xəbər verir ki, "Neftçi" "Xilasedici" ilə münasibətlərə aydınlıq gətirəcək.
Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində baş tutacaq qarşılşama saat 17:00-da start götürəcək. Komandalar arasında ilk oyunda “Xilasedici" rəqibini 3:0 hesabı ilə məğlub edib.
Reqlamentə görə qalib iki oyunun nəticəsinə əsasən müəyyənləşəcək. İki qarşılaşmadan sonra tərəflər hərəyə bir qələbə qazanarlarsa (xallar da bərabər olarsa), "qızıl set" oynanılacaq.
Son xəbərlər





























