Digər
Yüksək Liqada ilk final görüşü

21.04.2025 | 12:15
Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında bu gün ilk final matçı baş tutacaq.
Sports.az xəbər verir ki, “Azərreyl” “Abşeron”la üz-üzə gələcək.
Görüş Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində, saat 15:00-da başlayacaq. Komandalar arasında həlledici görüş isə aprelin 24-də Milli Gimnastika Arenasında baş tutacaq.
Çempion iki oyunun nəticəsinə əsasən müəyyənləşəcək. İki qarşılaşmadan sonra tərəflər hərəyə bir qələbə qazanarlarsa (xallar da bərabər olarsa), "qızıl set" oynanılacaq.
Son xəbərlər





























