“Prezident Kuboku”nda iştirak edəcək ölkələrin adları müəyyənləşdi

“Prezident Kuboku”nda iştirak edəcək ölkələrin adları müəyyənləşdi

Gənclər və İdman Nazirliyi, Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının (AKAF) birgə təşkilatçılığı ilə Ümumilli Lider Heydər Əliyevin 102-ci ildönümünə həsr olunan “Prezident Kuboku-2025” beynəlxalq reqatasında iştiirak edəcək ölkələrin adları müəyyənləşib.

Sports.az xəbər verir ki, aprelin 28-dən mayın 2-dək baş tutacaq yarışda Avropa, Asiya və Afrikadan 200-dən çox idmançı, 20-dən artıq ölkə – Azərbaycan, Estoniya, Gürcüstan, Almaniya, Yunanıstan, Macarıstan, Hindistan, Qazaxıstan, Qırğızıstan, Latviya, Litva, Moldova, Polşa, Serbiya, Cənubi Afrika Respublikası, İspaniya, Tacikistan, Türkiyə, Ukrayna və Özbəkistan iştirak edəcək.

Aprelin 28-də “Prezident Kuboku-2025” beynəlxalq reqatası çərçivəsində Qarabağda - Füzulidə yerləşən Köndələnçay su anbarında avarçəkənlərin nümunəvi çıxışları olacaq. Həmçinin Füzuliyə köç edən sakinlərə həvəskarlar üçün nəzərdə tutulan qayıqlarda peşəkar məşqçilərin nəzarəti ilə avar çəkmək imkanı yaradılacaq. Uşaq və yeniyetmələr üçün həvəsləndirici viktorinalar təşkil ediləcək.

Reqatanın rəsmi paradı və komandaların təqdimatı aprelin 29-da Mingəçevir şəhəri, Heydər Əliyev prospektində keçiriləcək. Aprelin 30-da Qarabağın daha bir dilbər guşəsi olan Suqovuşanda “Prezident Kuboku-2025” beynəlxalq reqatasının rəsmi açılış mərasimi və 200 metr məsafədə yarışlar baş tutacaq. Reqata mayın 1-2-də Mingəçevir “Kür” Olimpiya Tədris-İdman Mərkəzində davam edəcək. Burada komandalar avarçəkmənin kayak, kanoe və akademik növündə müxtəlif məsafələrdə mübarizə aparacaqlar.

Mayın 2-də Mingəçevirdə “Kür” Olimpiya Tədris-İdman Mərkəzinin qarşısında “Prezident Kuboku-2025” beynəlxalq reqatasının bağlanış mərasimi keçiriləcək. Bağlanış mərasimində əvvəlcə qaliblər mükafatlandırılacaq. Kayak-kanoe və akademik avarçəkmə üzrə kuboklar sahiblərinə təqdim ediləcək. Daha sonra bağlanış mərasimi bədii hissə ilə davam edəcək. Bədii hissədə müxtəlif şou proqramlar, tanınmış rəqs qruplarının çıxışları və konsert proqramı tamaşaçılara əsl bayram ab-havası yaşadacaq. Reqataya hər zaman olduğu kimi möhtəşəm atəşfəşanlıqla yekun vurulacaq.

Qeyd edək ki, “Prezident Kuboku” reqatası ardıcıl üçüncü ildir Avropa Kanoe Assosiasiyasının rəsmi təqvim planına daxil edilib.

Son xəbərlər
Flik Yamala qəzəblidir
“Liverpul” Slotla bağlı qərar qəbul etdi
Vinisius – Haland mübadiəsi mümkündürmü?
Endrikin müşətəriləri artır
Azərbaycan Atletika Federasiyasında hakimlər üçün seminar
Azərbaycan ağırlıqqaldıranı Avropa birinciliyində 7-ci oldu
Lənkəranda kəmər dərəcələri üzrə rəsmi imtahan keçiriləcək
“Yuventus”un yeni baş məşqçisi açıqlandı
AÇ-də iştirak edəcək Azərbaycan cüdoçularının rəqibləri bilindi
ÇL: “Araz-Naxçıvan”dan heç-heçə
Azərbaycan yığması Aktauda birinci oldu
“Mançester Yunayted”in zədəli futbolçusu sıraya döndü
“Ordu” ilə oyunda çox top itkilərinə yol verdik”
Nazir İslam Həmrəyliyi Oyunlarına hazırlıq işləri ilə bağlı tapşırıqlar verib
“Xilasedici”dən asan qələbə
“Ordu” “Lənkəran”a qalib gəldi
Millimizdən Moldova ilə heç-heçə
Bakıda Strateji İnkişaf Seminarı keçirilib
Fransalı futbolçu Azərbaycanla oyundan əvvəl zədələndi
“Qarabağ”ın oyunu ukraynalı hakimə tapşırıldı
Vitinya Verrattini xatırladı
Zeynalovdan Dünya Kubokunda bürünc medal
“Arsenal”dan İngiltərə futbolunda yeni rekord
2-ci Liqada daha 3 turun oyun cədvəli açıqlandı
“Real” “Tottenhem”in müdafiəçisinə marağını saxlayır
“Qarabağ”ın legionerindən parataekvondoçulara dəstək
9 komandaya texniki məğlubiyyət verildi
“Karvan-Yevlax”ın futbolçusuna bir oyunluq cəza
Əsas ulduzu “Liverpul”dan ayrıla bilər
“Şəmkir”i də azarkeşləri ziyana saldı
DAHA ÇOX

Ən çox oxunanlar