Digər
Bu gün ilk final oyunu keçiriləcək

22.04.2025 | 11:15
Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında ilk final oyunu bu gün keçiriləcək.
Sports.az xəbər verir ki, həlledici matçda "Azərreyl" və "Murov Az Terminal" komandaları üz-üzə gələcəklər.
Qarşılaşma Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində, saat 15:00-da start götürəcək.
Tərəflər arasında ikinci görüş aprelin 25-də gerçəkləşəcək.
Çempion iki oyunun nəticəsinə əsasən müəyyənləşəcək. İki qarşılaşmada tərəflər hərəyə bir qələbə qazanarlarsa (xallar da bərabər olarsa), qızıl set oynanılacaq.
Son xəbərlər





























