“Gəncə”nin baş məşqçisi azarkeşlərdən halallıq istədi

“Gəncə”nin baş məşqçisi azarkeşlərdən halallıq istədi

"Gəncə" basketbol klubunun baş məşqçisi Halil Atlı azarkeşlərdən halallıq istəyib.

Sports.az xəbər verir ki, mütəxəssis klubun mətbuat xidmətinə açıqlamasında Azərbaycan Basketbol Liqasının pley-off mərhələsinin üçüncü matçında "Şəki"yə məğlub olaraq mübarizəni dayandırmalarına münasibət bildirib.

O, komandanın azarkeşlərinə təşəkkür edib:

“Hər şeydən əvvəl mövsüm ərzində bizə dəstək verən azarkeşlərə təşəkkür edirəm. Onları sevindirməyə çalışdıq. Mən bura gələndə basketbola küskün olan Gəncə var idi. Bu çempionatda gördüyümüz işlərlə insanların sevgisini təkrar qazanan komanda gördüm. Öz adıma deyə bilərəm ki, qurduğum komandaya görə çox xoşbəxtəm. Oyunçularıma xarakterlərinə və verdikləri mübarizəyə görə minnətdaram. Mənə problem yaşatmadılar. Texniki heyətə, köməkçimə, menecerimizə, həkimə və bizə yardımçı olan hər kəsə təşəkkürümü bildirirəm".

Türkiyəli mütəxəssis əlindən gələni etdiyini vurğulayıb:

"Bu mövsüm “Gəncə” üçün yaxşı işlər görmək istərdik. Arxaya dönüb baxanda kubokda final oynayan, pley-offa vəsiqə qazanan bir kollektiv qurmağı bacardığımızı görürəm. Bura gələndə ilk hədəfimiz yenidən pley-offlarda oynamaq idi. Bu istəyimizə çatdıq. Bütün azarkeşlərdən halallıq istəyirəm. Məşqçi kimi əlimdən gələnin ən yaxşısını etməyə çalışdım. "Sıxıntıları necə dəf edə, yaxşı gördüyümüz işləri necə daha da inkişaf etdirə bilərik" deyə düşündük. Federasiya rəhbərliyinə də təşəkkür edirəm, bizə fəaliyyətimiz üçün yaxşı imkanlar yaratdılar”.

Qeyd edək ki, pley-off mərhələsində "Şəki" ilə üç oyun keçirən "Gəncə" ümumi hesabda məğlub olub - 1:2.

Son xəbərlər
Flik Yamala qəzəblidir
“Liverpul” Slotla bağlı qərar qəbul etdi
Vinisius – Haland mübadiəsi mümkündürmü?
Endrikin müşətəriləri artır
Azərbaycan Atletika Federasiyasında hakimlər üçün seminar
Azərbaycan ağırlıqqaldıranı Avropa birinciliyində 7-ci oldu
Lənkəranda kəmər dərəcələri üzrə rəsmi imtahan keçiriləcək
“Yuventus”un yeni baş məşqçisi açıqlandı
AÇ-də iştirak edəcək Azərbaycan cüdoçularının rəqibləri bilindi
ÇL: “Araz-Naxçıvan”dan heç-heçə
Azərbaycan yığması Aktauda birinci oldu
“Mançester Yunayted”in zədəli futbolçusu sıraya döndü
“Ordu” ilə oyunda çox top itkilərinə yol verdik”
Nazir İslam Həmrəyliyi Oyunlarına hazırlıq işləri ilə bağlı tapşırıqlar verib
“Xilasedici”dən asan qələbə
“Ordu” “Lənkəran”a qalib gəldi
Millimizdən Moldova ilə heç-heçə
Bakıda Strateji İnkişaf Seminarı keçirilib
Fransalı futbolçu Azərbaycanla oyundan əvvəl zədələndi
“Qarabağ”ın oyunu ukraynalı hakimə tapşırıldı
Vitinya Verrattini xatırladı
Zeynalovdan Dünya Kubokunda bürünc medal
“Arsenal”dan İngiltərə futbolunda yeni rekord
2-ci Liqada daha 3 turun oyun cədvəli açıqlandı
“Real” “Tottenhem”in müdafiəçisinə marağını saxlayır
“Qarabağ”ın legionerindən parataekvondoçulara dəstək
9 komandaya texniki məğlubiyyət verildi
“Karvan-Yevlax”ın futbolçusuna bir oyunluq cəza
Əsas ulduzu “Liverpul”dan ayrıla bilər
“Şəmkir”i də azarkeşləri ziyana saldı
DAHA ÇOX

Ən çox oxunanlar