“Mövsümün tez bitməsini istəmirik”

“Mövsümün tez bitməsini istəmirik”

"Abşeron"un türkiyəli basketbolçusu Ömər Yavaş uzun müddət Azərbaycanda qalmaq istəyir.

Sports.az xəbər verir ki, o, bu barədə klubun mətbuat xidmətinə açıqlamasında deyib.

Yavaş qısa müddətdə ölkəmizə uyğunlaşdığını vurğulayıb:

“Azərbaycana çox qısa müddətdə uyğunlaşdım. Gözəl insanlarla tanış oldum. Belə atmosferdə, dəyər gördüyüm ölkədə uzun müddət oynamaq istəyindəyəm. Ümid edirəm ki, menecerlər, baş məşqçilər də haqqımda eyni şəkildə, müsbət düşünürlər”.

Basketbolçu mövsümün tez bitməsini istəmir:

“Komanda kimi yaxşı oyun nümayiş etdirdik. Növbəti dəfə belə mübariz olsaq, qalib gəlmək şansımız artacaq. Mövsümün tez bitməsini istəmirik və buna görə də mümkün qədər irəli getmək üçün əlimizdən gələni edirik”.

O, pley-off mərhələsində “Naxçıvan”a qarşı keçirəcəkləri sonuncu matçla bağlı da fikirlərini söyləyib:

“Bu, hər iki komanda üçün kritik qarşılaşmadır. Ona görə də gözəl və eyni zamanda gərgin matç olacaq. Şəxsən əlimdən gələnin ən yaxşısını edəcəyəm. Komanda şəklində hərəkət etsək, hər bir çətinliyin öhdəsindən gəlmiş olarıq. Bunu mövsüm ərzində də sübuta yetirmişik”.

Ö.Yavaş Azərbaycan basketbolu haqqında fikirlərini bölüşüb:

“Bura gəlməyənə qədər çox böyük təəssüratım yox idi. Gəldikdən sonra isə gözəl rəqabət getdiyini gördüm. Yerlilər və ya legionerlər sonaqədər parket üzərində mübarizə aparırlar. Liqada çox dəyərli məşqçilər və oyunçular çıxış edir. Azərbaycan Basketbol Liqası dəyərləndirilməli çempionatdır”.

Son xəbərlər
Flik Yamala qəzəblidir
“Liverpul” Slotla bağlı qərar qəbul etdi
Vinisius – Haland mübadiəsi mümkündürmü?
Endrikin müşətəriləri artır
Azərbaycan Atletika Federasiyasında hakimlər üçün seminar
Azərbaycan ağırlıqqaldıranı Avropa birinciliyində 7-ci oldu
Lənkəranda kəmər dərəcələri üzrə rəsmi imtahan keçiriləcək
“Yuventus”un yeni baş məşqçisi açıqlandı
AÇ-də iştirak edəcək Azərbaycan cüdoçularının rəqibləri bilindi
ÇL: “Araz-Naxçıvan”dan heç-heçə
Azərbaycan yığması Aktauda birinci oldu
“Mançester Yunayted”in zədəli futbolçusu sıraya döndü
“Ordu” ilə oyunda çox top itkilərinə yol verdik”
Nazir İslam Həmrəyliyi Oyunlarına hazırlıq işləri ilə bağlı tapşırıqlar verib
“Xilasedici”dən asan qələbə
“Ordu” “Lənkəran”a qalib gəldi
Millimizdən Moldova ilə heç-heçə
Bakıda Strateji İnkişaf Seminarı keçirilib
Fransalı futbolçu Azərbaycanla oyundan əvvəl zədələndi
“Qarabağ”ın oyunu ukraynalı hakimə tapşırıldı
Vitinya Verrattini xatırladı
Zeynalovdan Dünya Kubokunda bürünc medal
“Arsenal”dan İngiltərə futbolunda yeni rekord
2-ci Liqada daha 3 turun oyun cədvəli açıqlandı
“Real” “Tottenhem”in müdafiəçisinə marağını saxlayır
“Qarabağ”ın legionerindən parataekvondoçulara dəstək
9 komandaya texniki məğlubiyyət verildi
“Karvan-Yevlax”ın futbolçusuna bir oyunluq cəza
Əsas ulduzu “Liverpul”dan ayrıla bilər
“Şəmkir”i də azarkeşləri ziyana saldı
DAHA ÇOX

Ən çox oxunanlar