Digər
Yüksək Liqanın qalibi müəyyənləşir

24.04.2025 | 12:15
Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasının qalibi bu gün müəyyənləşəcək.
Sports.az xəbər verir ki, finalın ikinci görüşündə “Abşeron” “Azərreyl”lə üz-üzə gələcək.
Qarşılaşma Milli Gimnastika Arenasında, saat 15:00-da başlayacaq. Komandalar arasında baş tutan finalın ilk matçında “Abşeron” 3:0 hesablı qələbə qazanmışdı.
Reqlamentə görə, qalib iki oyunun nəticəsinə əsasən müəyyən olunacaq. İki qarşılaşmadan sonra tərəflər hərəyə bir qələbə qazanarlarsa (xallar da bərabər olarsa), “qızıl set” oynanılacaq.
Son xəbərlər





























