Digər
Velosiped Federasiyasının prezidenti istefa verdi

24.04.2025 | 13:15
Mədət Quliyev Azərbaycan Velosiped İdmanı Federasiyasının prezidenti postundan istefa verib.
Sports.az xəbər verir ki, Azərbaycanın Milli Qəhrəmanı, general-polkovnik Mədət Quliyevin Azərbaycan Respublikası Təhlükəsizlik Şurası katibinin müavini vəzifəsindəki işlərinin spesifikliyi ilə əlaqədar Azərbaycan Velosiped Federasiyasının prezidenti postundan istefa vermək qərarına gəldiyi bildirilir.
Qeyd edək ki, Mədət Quliyev 2021-ci ilin noyabr ayından etibarən Azərbaycan Velosiped Federasiyasının prezidenti idi.
Son xəbərlər





























