Digər
Yüksək Liqanın qalibi müəyyənləşdi

25.04.2025 | 16:30
Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasının qalibi müəyyənləşib.
Sports.az xəbər verir ki, həlledici matçda “Murov Az Terminal” və “Azərreyl” komandaları üz-üzə gəliblər.
Milli Gimnastika Arenasında gerçəkləşən qarşılaşmada "Azərreyl" ilk iki setdə qalib gəlib - 25:20, 25:22.
İlk final matçında 3:0 hesabı ilə üstün olan "Azərreyl" titula sahib çıxıb.
Son xəbərlər





























