MOK-da Qlobal Kiberidman Federasiyasının rəhbərləri ilə görüş keçirilib

MOK-da Qlobal Kiberidman Federasiyasının rəhbərləri ilə görüş keçirilib

Milli Olimpiya Komitəsinin (MOK) inzibati binasında bu gün Qlobal Kiberidman Federasiyasının rəhbərləri ilə görüş keçirilib.

Sports.az MOK-un mətbuat xidmətinə istinadən xəbər verir ki, tədbirdə komitənin vitse-prezidenti Çingiz Hüseynzadə, baş katibi Azər Əliyev, idman idarəsinin müdiri Həsənağa Rzayev, beynəlxalq əlaqələr idarəsinin müdiri Anar Bağırov, marketinq şöbəsinin direktoru Sakinə Vəliyeva, mətbuat katibi Murad Fərzəliyev, Qlobal Kiberidman Federasiyasının baş direktoru Paul J. Foster və aparat rəhbəri Rüstəm Ağasıyev iştirak ediblər.

Görüşün əsas məqsədi kiberidman fəaliyyətini gücləndirmək, daha da inkişaf etdirmək və gələcəkdə bu sahə üzrə əməkdaşlıq imkanlarını genişləndirmək olub. Tədbirdə kiberidmanın Olimpiya Hərəkatına dəstəyi müzakirə edilib.

Tədbir iştirakçılarını salamlayan A.Əliyev əvvəlcə MOK-un fəaliyyəti və Azərbaycan idmanının inkişafı barədə ətraflı məlumat verib. O, Azərbaycanın ev sahibliyi etdiyi beynəlxalq yarışlar və Olimpiya Oyunlarında əldə edilən uğurlardan danışıb.

Paul J.Foster Azərbaycan Olimpiya komandasının Paris-2024 Yay Olimpiya Oyunlardakı nəticələri münasibətilə təbriklərini çatdırıb:

“Bakıya heyran oldum. Düzünü desəm, çox yaxın, doğma olduğunu hiss edirəm. Bu məni həqiqətən duyğulandırır. Bakının beynəlxalq şəhərə çevrildiyini gördüm. Əvvəla, demək istəyirəm ki, 2015-ci ildə Bakıda keçirilən I Avropa Oyunlarının, 2017-ci ildə keçirilən IV İslam Həmrəyliyi Oyunlarının, eləcə də digər tədbirlərin təşkilatçılıq işlərinə heyran qaldım. Bu, həqiqtən də onu göstərir ki, Azərbaycan idman ölkəsidir”.

Paul J.Foster 2021-ci ildə Sinqapurda, 2022-ci ildə Türkiyənin İstanbul şəhərində, 2023-cü ildə Səudiyyə Ərəbistanın paytaxtı Ər-Riyad şəhərində keçirilən Qlobal Kiberidman Oyunları və bu il Perunun paytaxtı Limada keçiriləcək Qlobal Kiberidman Oyunları haqqında məlumat verib. O, həmçinin bildirib ki, bu ilin noyabrında “Riot Games” şirkəti Hindistanın Mumbay şəhərində şücaət çempionatı təşkil edəcək. Bu turizm üçün də maraqlıdır, çünki biz həm Hindistan, həm də Çin bazarını sınamağı planlaşdırırıq.

Daha sonra baş direktor Azərbaycanda Qlobal Kiberidman Tur adlı tədbir keçirmək istədiklərini qeyd edib.

Son xəbərlər
“Ordu” ilə oyunda çox top itkilərinə yol verdik”
Nazir İslam Həmrəyliyi Oyunlarına hazırlıq işləri ilə bağlı tapşırıqlar verib
“Xilasedici”dən asan qələbə
“Ordu” “Lənkəran”a qalib gəldi
Millimizdən Moldova ilə heç-heçə
Bakıda Strateji İnkişaf Seminarı keçirilib
Fransalı futbolçu Azərbaycanla oyundan əvvəl zədələndi
“Qarabağ”ın oyunu ukraynalı hakimə tapşırıldı
Vitinya Verrattini xatırladı
Zeynalovdan Dünya Kubokunda bürünc medal
“Arsenal”dan İngiltərə futbolunda yeni rekord
2-ci Liqada daha 3 turun oyun cədvəli açıqlandı
“Real” “Tottenhem”in müdafiəçisinə marağını saxlayır
“Qarabağ”ın legionerindən parataekvondoçulara dəstək
9 komandaya texniki məğlubiyyət verildi
“Karvan-Yevlax”ın futbolçusuna bir oyunluq cəza
Əsas ulduzu “Liverpul”dan ayrıla bilər
“Şəmkir”i də azarkeşləri ziyana saldı
“Zaqatala” 600 manatlıq cərimələndi
Azarkeşləri “Kəpəz”i ziyana saldılar
“Arsenal” əsas ulduzlarından biri ilə müqaviləsini yeniləməyə çalışır
Azərbaycan çempionatının oyunları təxirə salındı
Nazir İran səfiri ilə gənclər və idman sahəsində əməkdaşlığı müzakirə edib
Yeniyetmə cüdoçular arasında region birinciliyi keçiriləcək
Vinisius “Real”dan ayrılarsa, seçimləri çox olacaq
Azərbaycan ağırlıqqaldıranı AÇ-də 3 gümüş medal qazanıb
“Rotasiya olmadan bu cür oyunlarda qələbə qazanmağımız çətin görünür”
İlk tura yekun vuruldu
“Çelsi” “Barselona”nın qapıçısı ilə maraqlanır
“Sumqayıt” 50-yə çatdı
DAHA ÇOX

Ən çox oxunanlar