Mövsümün qalibləri və ən yaxşıları mükafatlandırıldılar

Mövsümün qalibləri və ən yaxşıları mükafatlandırıldılar

Bu gün kişi voleybolçuların Yüksək Liqasına yekun vurulub.

Sports.az xəbər verir ki, Milli Gimnastika Arenasında keçirilən finalda “Azərreyl” “Murov Az Terminal”ı 3:1 hesabı ilə (İlk oyun 3:0) məğlub edərək çempion adını qazanıb.

Final qarşılaşmasından sonra Yüksək Liqanın mükafatlandırma mərasimi keçirilib. Çıxış edən Avropa Voleybol Konfederasiyasının prezidenti Roko Sikiriç, Azərbaycan Voleybol Federasiyasının prezidenti Şahin Bağırov mükafatçıları təbrik edib və onlara uğurlar arzulayıblar. 

Daha sonra AVF-nin vitse-prezidenti Bəhruz Quliyev çempionatda fərqlənən voleybolçulara “Ən yaxşı oyunçu” və mükafatları təqdim edib. Ardından qaliblərə kubok və medallar verilib. Çempiona kuboku Milli Olimpiya Komitəsinin baş katibi Azər Əliyev, qalib komandalara medalları CEV rəhbəri Roko Sikiriç, AVF-nin prezidenti Şahin Bağırov və AVF-nin vitse-prezidenti Faiq Qarayev təqdim ediblər. 

Beləliklə, kişi voleybolçuların Yüksək Liqasının qalibi “Azərreyl”ə qızıl medal və kubok, “Murov Az Terminal”a gümüş, “Xilasedici”yə isə bürünc medallar təqdim olunub. 

Sonda qaliblərlə xatirə şəkilləri çəkdirilib və Yüksək Liqada 2024/2025 illər mövsümü bağlı elan edilib.

Final oyunundan sonra Yüksək Liqanın ən yaxşı oyunçuları və Rəmzi komandası müəyyənləşib. Mükafatları Azərbaycan Voleybol Federasiyasının vitse-prezidenti Bəhruz Quliyev təqdim edib.

Kişi voleybolçular arasında Yüksək Liqada fərqlənən oyunçular:

“Ən dəyərli oyunçu” (MVP) – Sergey Platanenkov (“AZERRAIL”)
“Ən gənc və perspektivli oyunçu” - Zamiq Mayılov (“Gənclər”)

Rəmzi komanda:
“Ən yaxşı toppaylayıcı” – Roman Yegorov (“AZERRAIL”)
“Ən yaxşı hücumçu” – Baetens Seppe (“Murov Az Terminal”)
“Ən yaxşı hücumçu” – Mohammadhossein Charklouei (“AZERRAIL”)
“Ən yaxşı libero” – Nihad Qasımov (“AZERRAIL”)
“Ən yaxşı orta oyunçu”– Aleksey Samoylenko  (“Murov Az Terminal”)
“Ən yaxşı orta oyunçu”– Almora Gustava (“Xilasedici”)
“Ən yaxşı diaqonal oyunçu” - Nikita Alekseev (“Murov Az Terminal”)

Son xəbərlər
“Ordu” ilə oyunda çox top itkilərinə yol verdik”
Nazir İslam Həmrəyliyi Oyunlarına hazırlıq işləri ilə bağlı tapşırıqlar verib
“Xilasedici”dən asan qələbə
“Ordu” “Lənkəran”a qalib gəldi
Millimizdən Moldova ilə heç-heçə
Bakıda Strateji İnkişaf Seminarı keçirilib
Fransalı futbolçu Azərbaycanla oyundan əvvəl zədələndi
“Qarabağ”ın oyunu ukraynalı hakimə tapşırıldı
Vitinya Verrattini xatırladı
Zeynalovdan Dünya Kubokunda bürünc medal
“Arsenal”dan İngiltərə futbolunda yeni rekord
2-ci Liqada daha 3 turun oyun cədvəli açıqlandı
“Real” “Tottenhem”in müdafiəçisinə marağını saxlayır
“Qarabağ”ın legionerindən parataekvondoçulara dəstək
9 komandaya texniki məğlubiyyət verildi
“Karvan-Yevlax”ın futbolçusuna bir oyunluq cəza
Əsas ulduzu “Liverpul”dan ayrıla bilər
“Şəmkir”i də azarkeşləri ziyana saldı
“Zaqatala” 600 manatlıq cərimələndi
Azarkeşləri “Kəpəz”i ziyana saldılar
“Arsenal” əsas ulduzlarından biri ilə müqaviləsini yeniləməyə çalışır
Azərbaycan çempionatının oyunları təxirə salındı
Nazir İran səfiri ilə gənclər və idman sahəsində əməkdaşlığı müzakirə edib
Yeniyetmə cüdoçular arasında region birinciliyi keçiriləcək
Vinisius “Real”dan ayrılarsa, seçimləri çox olacaq
Azərbaycan ağırlıqqaldıranı AÇ-də 3 gümüş medal qazanıb
“Rotasiya olmadan bu cür oyunlarda qələbə qazanmağımız çətin görünür”
İlk tura yekun vuruldu
“Çelsi” “Barselona”nın qapıçısı ilə maraqlanır
“Sumqayıt” 50-yə çatdı
DAHA ÇOX

Ən çox oxunanlar