Digər
Azərbaycan birinciliyi keçiriləcək

29.04.2025 | 16:30
Aprelin 30-da stolüstü tennis üzrə ölkə birinciliyinə start veriləcək.
Sports.az xəbər verir ki, bu barədə Azərbaycan Stolüstü Federasiyasının mətbuat xidməti məlumat yayıb.
"Şüa" idman kompleksində keçiriləcək yarışda U-19 və U-15 yaş qruplarında idmançılar iştirak edəcəklər.
Turnirin qalib və mükafatçıları mayın 3-də müəyyənləşəcək.
Son xəbərlər





























