“Mövsümün ən yaxşı performans göstərən komandası olduq”

“Mövsümün ən yaxşı performans göstərən komandası olduq”

“Rəqibimizi finala çıxdığı üçün təbrik edirəm”.

Sports.az xəbər verir ki, bunu "Şəki" basketbol klubunun baş məşqçisi Bedri Meriç deyib.

O, Azərbaycan Basketbol Liqasının yarımfinalının "Sabah" ilə Şəki Olimpiya İdman Kompleksində keçirilən cavab oyununda uduzmalarının səbəbini açıqlayıb:

"Mövsümün gətirdiyi yorğunluq səbəbindən enerjimiz azalmışdı. Yenə də uşaqlar əllərindən gələni etdilər. İlk hissədə rəqibə qarşılıq verə bilmədik. Ondan sonra da matçda onlara çatmağımız mümkünsüz oldu".

Türkiyəli mütəxəssis mövsümü dəyərləndirib:

"Mövsümün ən yaxşı performans göstərən komandası olduq. Finala çıxa bilməsək də, çempionatı 3-cü sırada bitirdik. Bu, bildiyim qədər Şəki şəhərinin idman tarixində ən yaxşı nəticəsidir. Şəki şəhərinə bizdən hədiyyə olsun. Düşünürəm ki, Şəkinin idman mədəniyyətinin inkişafı üçün bu bir addım oldu. Ümidvaram ki, bu uğurdan sonra Şəkidə basketbola maraq artar, məşqçilər daha yaxşı oyunçular yetişdirər, valideynlər uşaqlarını idmana yazdırar. Şəki kiçik şəhər olsa da, burada böyük ürəklərlə oynadıq. Bütün oyunçularımı ürəkdən təbrik edirəm. Mövsüm boyunca bizim yanımızda olan azarkeşlərə də təşəkkürümü çatdırıram".

Qeyd edək ki, "Sabah" yarımfinal mərhələsinin ikinci oyununda səfərdə "Şəki"ni 96:72 hesabı ilə üstələyib. Bakı klubu ilk görüşdə də qalib gəlmişdi - 86:73.

Son xəbərlər
“Sabah”ın əvəzedicilərindən darmadağın
“Zirə”dən əzmkar qələbə - VİDEO
“Renato milliləşdirilsə, Azərbaycan yığmasına xeyir verər” - Rəşad Sadıqov
“Neftçi” “Kəpəz”ə qarşı - YENİLƏNİR
“Karvan-Yevlax” Premyer Liqadakı yerini qoruyub-saxlayacaq”
“Barselona” “Atletiko”nun hücumçusunun agenti ilə danışıqlar aparır
“Naxçıvan” “Quba”ya qalib gəldi
“Real”ın ulduzu Avropanın iki nəhənginin maraq dairəsindədir
İtaliya klubu baş məşqçisi ilə yollarını ayırdı
Azərbaycan və Özbəkistanın seçmə matçına start verilib
“Bayern” “Feyenoord”un müdafiəçisini əldə etmək istəyir
“Araz-Naxçıvan”ın sonuncu sınağı
AFFA-da məşqçilər üçün seminar keçirilib
“Bayern”in ulduzu İngiltərə nəhənglərinin maraq dairəsindədir
Millimizin matçlarının təqvimi açıqlandı
Futzal hakimləri və inspektorlar üçün seminar
Səudiyyə Ərəbistanından Salaha nəhəng məbləğdə təklif var
Azərbaycan idmançılarının noyabr ayına olan reytinq cədvəli açıqlandı
Krivotsyuk hesabı açdı, komandası inamlı qələbəyə sevindi
MY “Real”la oyunçu mübadiləsini hədəfə aldı
Bu gün 5-ci turun daha iki oyunu baş tutacaq
Günün oyunları – TV
“Barselona”nın düşərgəsində narazılıq hökm sürür
Kante Avropa futboluna qayıda bilər
“Nant”ın müdafiəçisi Avropa nəhənglərinin diqqətini çəkdi
Qvardiola Marmuşun tərəqqisinə ümid bəsləyir
“Roma” Dibala ilə yeni müqaviləyə dair danışıqlar aparır?
Səudiyyə Ərəbistanından Messiyə rədd cavabı verildi
“Karvan-Yevlax” “Zirə”yə, “Neftçi” “Kəpəz”ə qarşı
“Xetafe”dən çətin qələbə
DAHA ÇOX

Ən çox oxunanlar