“Ordu”nun kapitanı komandasının çıxışını dəyərləndirdi

“Ordu”nun kapitanı komandasının çıxışını dəyərləndirdi

“Ordu”nun kapitanı Rüstəm Əliyev komandanın Azərbaycan Basketbol Liqasının cari mövsümdəki çıxışını dəyərləndirib.

Sports.az xəbər verir ki, basketbolçu klubun mətbuat xidmətinə açıqlamasında bir sıra çatışmazlıqların olduğunu deyib.

O, aşağı büdcə ilə mübarizə aparmalarına baxmayaraq, əzmkarlıq göstərdiklərini bildirib:

“Aşağı büdcə ilə pley-offda iştirak etmək hər komandaya nəsib olmur. Biz məhz aşağı büdcə, hətta oyunçu qıtlığı ilə əzmkar mübarizə apararaq bu mərhələyə vəsiqə qazandıq. Final mərhələsinin ilk matçında “Neftçi” ilə başabaş oynadıq. Heyətdə yerli oyunçu problemi var idi. Legionerlər də çox deyildi ki, rotasiya edə bilək. Əsas oyunqurucumuz Ramme Qriffin zədə alanda, onu əvəzləmək çətin olurdu. Ehtiyat qüvvəmizin zəifliyi səbəbindən belə vəziyyətlərdə çətinlik çəkirdik. Tam əminəm ki, rotasiyada problemlər olmasaydı, daha artığını edə bilərdik. İstənilən halda hesab edirəm ki, “Ordu” artıq bir komanda kimi formalaşıb”.

O, komandada özünü yenidən kəşf etdiyini söyləyib:

“2 il “Sabah” klubunda oynamışam. Onların məqsədləri tam fərqlidir. Heyətə düşmək çox çətindir. Ona görə də özünü göstərmək üçün imkan çox azdır. “Ordu”da isə əsas oyunçulardan biri hesab olunuram. Məşqçi bir çox hallarda oyunu mənim üzərimdən qururdu. Bu amil inkişafımda ciddi rol oynadı. Sanki özüm-özümü yenidən kəşf etdim. Buna görə də Alberto Blankoya təşəkkürümü bildirirəm. O, mənə hansı mövqelərdə daha çox xeyir verməyi öyrətdi. İndi özümə çox inanıram. Zədələr məni xeyli geri salsa da, artıq indidən fiziki çalışmalara başlamışam ki, növbəti mövsüm üçün tam hazır vəziyyətdə olam”.

R.Əliyev gələcək taleyi ilə bağlı sualı da cavablandırıb:

“Sözün düzü, “Ordu”dan hələ təklif almamışam. Təklif olsa, danışacağıq. Təbii ki, hər şey klubun büdcəsindən və məqsədlərindən asılı olacaq. İndidən nəsə demək çətindir. İnanıram ki, həm klub, həm də mənim üçün xeyirli olan baş verər”.

Qeyd edək ki, “Ordu” 1/4 finalda "Neftçi"yə hər iki oyunda məğlub olaraq (54:88, 84:93) mübarizəni dayandırıb.

Son xəbərlər
“Sabah”ın əvəzedicilərindən darmadağın
“Zirə”dən əzmkar qələbə - VİDEO
“Renato milliləşdirilsə, Azərbaycan yığmasına xeyir verər” - Rəşad Sadıqov
“Neftçi” “Kəpəz”ə qarşı - YENİLƏNİR
“Karvan-Yevlax” Premyer Liqadakı yerini qoruyub-saxlayacaq”
“Barselona” “Atletiko”nun hücumçusunun agenti ilə danışıqlar aparır
“Naxçıvan” “Quba”ya qalib gəldi
“Real”ın ulduzu Avropanın iki nəhənginin maraq dairəsindədir
İtaliya klubu baş məşqçisi ilə yollarını ayırdı
Azərbaycan və Özbəkistanın seçmə matçına start verilib
“Bayern” “Feyenoord”un müdafiəçisini əldə etmək istəyir
“Araz-Naxçıvan”ın sonuncu sınağı
AFFA-da məşqçilər üçün seminar keçirilib
“Bayern”in ulduzu İngiltərə nəhənglərinin maraq dairəsindədir
Millimizin matçlarının təqvimi açıqlandı
Futzal hakimləri və inspektorlar üçün seminar
Səudiyyə Ərəbistanından Salaha nəhəng məbləğdə təklif var
Azərbaycan idmançılarının noyabr ayına olan reytinq cədvəli açıqlandı
Krivotsyuk hesabı açdı, komandası inamlı qələbəyə sevindi
MY “Real”la oyunçu mübadiləsini hədəfə aldı
Bu gün 5-ci turun daha iki oyunu baş tutacaq
Günün oyunları – TV
“Barselona”nın düşərgəsində narazılıq hökm sürür
Kante Avropa futboluna qayıda bilər
“Nant”ın müdafiəçisi Avropa nəhənglərinin diqqətini çəkdi
Qvardiola Marmuşun tərəqqisinə ümid bəsləyir
“Roma” Dibala ilə yeni müqaviləyə dair danışıqlar aparır?
Səudiyyə Ərəbistanından Messiyə rədd cavabı verildi
“Karvan-Yevlax” “Zirə”yə, “Neftçi” “Kəpəz”ə qarşı
“Xetafe”dən çətin qələbə
DAHA ÇOX

Ən çox oxunanlar