Cavadov “Prezident Kuboku-2025”-də nəticələrin yüksək olacağını gözləyirmiş

Cavadov “Prezident Kuboku-2025”-də nəticələrin yüksək olacağını gözləyirmiş

Azərbaycan avarçəkmə millisinin kayak növü üzrə böyük məşqçisi Mirnazim Cavadov "Prezident Kuboku-2025" beynəlxalq reqatasındakı nəticələri dəyərləndirib.

Sports.az xəbər verir ki, mütəxəssis bu barədə jurnalistlərə açıqlama verib.

O, yarışa yaxşı hazırlaşdıqlarını vurğulayıb:

"Bunun nəticəsi olaraq turnirin ilk günündə idmançılarımız 3 bürünc medal qazandılar. Bu gün də 1 gümüş və 1 bürünc medalı hesabımıza yazmağı bacardıq. Nəticələrin yüksək olacağını əvvəlcədən proqnozlaşdırırdıq. Əlimurad Hacızadədən bu gün qızıl medal gözləyirik. O, 1000 metr məsafəyə yarışda rəqiblərini üstələməyə çalışacaq".

Baş məşqçi uğurların davamını Avropa və dünya çempionatlarında gətirmək istədiklərini bildirib:

"Şübhəsiz ki, "Prezident Kuboku-2025" turnirində qazanacağımız nəticələr bizim üçün önəmlidir. Mingəçevirdəki reqatada gücümüzü bir qədər də artırıb, dünya və Avropa çempionatlarına hazırlaşmaq istəyirik".

Qeyd edək ki, Azərbaycan idmançıları yarışın ilk iki günündə 1 gümüş və 4 bürünc medal qazanıblar.

"Prezident Kuboku-2025" turnirinə Azərbaycan təmsilçiləri ilə yanaşı, Estoniya, Gürcüstan, Almaniya, Yunanıstan, Macarıstan, Hindistan, Qazaxıstan, Qırğızıstan, Latviya, Litva, Moldova, Polşa, Serbiya, Cənubi Afrika Respublikası, İspaniya, Tacikistan, Türkiyə, Ukrayna və Özbəkistandan olan avarçəkənlər qatılıblar.

20 ölkədən 200-dən çox idmançının çıxış etdiyi turnirə sabah yekun vurulacaq.

Son xəbərlər
“Sabah”ın əvəzedicilərindən darmadağın
“Zirə”dən əzmkar qələbə - VİDEO
“Renato milliləşdirilsə, Azərbaycan yığmasına xeyir verər” - Rəşad Sadıqov
“Neftçi” “Kəpəz”ə qarşı - YENİLƏNİR
“Karvan-Yevlax” Premyer Liqadakı yerini qoruyub-saxlayacaq”
“Barselona” “Atletiko”nun hücumçusunun agenti ilə danışıqlar aparır
“Naxçıvan” “Quba”ya qalib gəldi
“Real”ın ulduzu Avropanın iki nəhənginin maraq dairəsindədir
İtaliya klubu baş məşqçisi ilə yollarını ayırdı
Azərbaycan və Özbəkistanın seçmə matçına start verilib
“Bayern” “Feyenoord”un müdafiəçisini əldə etmək istəyir
“Araz-Naxçıvan”ın sonuncu sınağı
AFFA-da məşqçilər üçün seminar keçirilib
“Bayern”in ulduzu İngiltərə nəhənglərinin maraq dairəsindədir
Millimizin matçlarının təqvimi açıqlandı
Futzal hakimləri və inspektorlar üçün seminar
Səudiyyə Ərəbistanından Salaha nəhəng məbləğdə təklif var
Azərbaycan idmançılarının noyabr ayına olan reytinq cədvəli açıqlandı
Krivotsyuk hesabı açdı, komandası inamlı qələbəyə sevindi
MY “Real”la oyunçu mübadiləsini hədəfə aldı
Bu gün 5-ci turun daha iki oyunu baş tutacaq
Günün oyunları – TV
“Barselona”nın düşərgəsində narazılıq hökm sürür
Kante Avropa futboluna qayıda bilər
“Nant”ın müdafiəçisi Avropa nəhənglərinin diqqətini çəkdi
Qvardiola Marmuşun tərəqqisinə ümid bəsləyir
“Roma” Dibala ilə yeni müqaviləyə dair danışıqlar aparır?
Səudiyyə Ərəbistanından Messiyə rədd cavabı verildi
“Karvan-Yevlax” “Zirə”yə, “Neftçi” “Kəpəz”ə qarşı
“Xetafe”dən çətin qələbə
DAHA ÇOX

Ən çox oxunanlar