Güləş/Cüdo
“Böyük Dəbilqə”: Bu gün iki cüdoçumuz mübarizəyə başlayır

02.05.2025 | 11:00
Tacikistanın paytaxtı Düşənbədə keçirilən "Böyük Dəbilqə" turnirinin ilk günündə Azərbaycanın iki cüdoçusu mübarizəyə başlayacaq.
Sports.az xəbər verir ki, Balabəy Ağayev (60 kq) 1/8 finalda Fathur Rohman (İndoneziya) / Acıtı Dombuu (IJF) cütünün qalibi ilə üz-üzə gələcək.
Yaşar Nəcəfov (66 kq) eyni raundda Tacikistan təmsilçisi Exson Safarzoda ilə qarşılaşacaq.
Turnir Bakı vaxtı ilə saat 10:30-da başlayacaq.
"Böyük Dəbilqə" turnirinə mayın 4-də yekun vurulacaq.
Son xəbərlər





























