Güləş/Cüdo
Azərbaycanın daha iki cüdoçusu “Böyük Dəbilqə”də mübarizəyə qoşulur

03.05.2025 | 11:30
Tacikistanın paytaxtı Düşənbədə keçirilən "Böyük Dəbilqə" turnirinin ikinci günündə Azərbaycanın iki cüdoçusu mübarizəyə qoşulacaq.
Sports.az xəbər verir ki, 73 kq mübarizə aparan Vüsal Qələndərzadə 1/8 finalda Yunlonq Qou (Çin) / Anqsarbek Qaynullin (Qazaxıstan) cütünün qalibi ilə üz-üzə gələcək.
81 kq çəkidə çıxış edən Süleyman Şükürov isə 1/8 finalda Monqolustan təmsilçisi Batsuqar Qansux ilə qarşılaşacaq.
Yarışın növbəti günü Bakı vaxtı ilə saat 11:00-da başlayacaq.
Ötən gün Balabəy Ağayev (60 kq) qızıl medal qazanaraq yığmanın aktivinə ilk mükafatı yazdırıb.
"Böyük Dəbilqə" turnirinə mayın 4-də yekun vurulacaq.
Son xəbərlər





























