“Bakı Marafonu”na görə bəzi küçə və prospektlərdə hərəkət tam məhdudlaşdırılacaq

“Bakı Marafonu”na görə bəzi küçə və prospektlərdə hərəkət tam məhdudlaşdırılacaq

Daxili İşlər Nazirliyi Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi (BDYPİ) "Bakı Marafonu-2025" ilə əlaqədar hərəkət iştirakçılarına müraciət edib.

Sports.az xəbər verir ki, müraciətdə marafona görə sabah səhər saat 09:00-dan 16:00-dək yürüşlə əlaqədar bəzi küçə və prospektlərdə iştirakçıların təhlükəsizliyinin təmin olunması məqsədilə yollarda hərəkətin tam məhdudlaşdırılacağı qeyd olunub.

Belə ki, Bayraq Meydanından başlayaraq Dənizkənarı Bulvarın inzibati ərazisi ilə Dəniz Vağzalınadək, daha sonra Azadlıq Meydanı, Neftçilər və 8 Noyabr prospektləri ilə Ağ şəhər Bulvar yolu, eləcə də Ağ şəhər dairəsi yəni, Xəqani Rüstəmov küçəsi ilə geriyə, Hərbi Qənimətlər Parkı yanından keçərək, Yusif Səfərov - A.Cəlilov küçələrinin kəsişməsindən Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti, Z.Əliyeva, Rəsul Rza küçələri, Neftçilər prospekti, Azneft dairəsi, Bayıl qəsəbəsi istiqamətinə, Bibiheybət yolu ilə, Su İdman Sarayı ətrafından Bulvar ərazisi ilə, “Bakı Kristal Zalı” yanından Bayraq Meydanına finiş nəzərdə tutulub.

Həmçinin bildirilib ki, sözügedən yarışla bağlı təşkilati işlərin aparılması məqsədilə mayın 4-ü saat 04:00-dan 16:00-dək Neftçilər prospektinin bir hissəsində (Dəniz vağzalından Zəfər Parkına qədər olan hissə, ara küçələr və qovşaqlardan həmin küçəyə çıxışlar) hərəkət tam məhdudlaşdırılacaq.
 

Son xəbərlər
“Arsenal”dan İngiltərə futbolunda yeni rekord
2-ci Liqada daha 3 turun oyun cədvəli açıqlandı
“Real” “Tottenhem”in müdafiəçisinə marağını saxlayır
“Qarabağ”ın legionerindən parataekvondoçulara dəstək
9 komandaya texniki məğlubiyyət verildi
“Karvan-Yevlax”ın futbolçusuna bir oyunluq cəza
Əsas ulduzu “Liverpul”dan ayrıla bilər
“Şəmkir”i də azarkeşləri ziyana saldı
“Zaqatala” 600 manatlıq cərimələndi
Azarkeşləri “Kəpəz”i ziyana saldılar
“Arsenal” əsas ulduzlarından biri ilə müqaviləsini yeniləməyə çalışır
Azərbaycan çempionatının oyunları təxirə salındı
Nazir İran səfiri ilə gənclər və idman sahəsində əməkdaşlığı müzakirə edib
Yeniyetmə cüdoçular arasında region birinciliyi keçiriləcək
Vinisius “Real”dan ayrılarsa, seçimləri çox olacaq
Azərbaycan ağırlıqqaldıranı AÇ-də 3 gümüş medal qazanıb
“Rotasiya olmadan bu cür oyunlarda qələbə qazanmağımız çətin görünür”
İlk tura yekun vuruldu
“Çelsi” “Barselona”nın qapıçısı ilə maraqlanır
“Sumqayıt” 50-yə çatdı
Dünya çempionatında tarixi uğur
De Bleker 9-cu turun oyunlarındakı mübahisəli epizodlara şərh verdi - VİDEO
“PSJ üçün vacib oyunçu olmaq çətindir”
Günün oyunları – TV
"Kəpəz" Azərbaycan Kubokunda 200-cü qolunu vurub
Millimiz AÇ-nin seçmə mərhələsində sonuncu görüşünü keçirəcək
Kamavinqa İngiltərə Premyer Liqasına keçməyəcək
“Araz-Naxçıvan”ın ÇL-də növbəti sınağı
Yüksək Liqada 1-ci turdan təxirə salınan matç keçiriləcək
Azərbaycan Basketbol Liqasında 5-ci tura start verilir
DAHA ÇOX

Ən çox oxunanlar