AGİN-AFFA qarşıdurması açıq müstəviyə keçir

AGİN-AFFA qarşıdurması açıq müstəviyə keçir

"AFFA-nın yeni rəhbərliyi var. Bildiyim qədərilə, İnkişaf Strategiyası üzərində çalışırlar. Bu yaxınlarda onu tamamlayacaq və elan edəcəklər. Biz də öz növbəmizdə, uşaq futboluna dəstək olmağa çalışırıq. "Ulduz" Futbol Akademiyasının xətti ilə avqustda Qubada artıq ikinci dəfə beynəlxalq turnir keçirəcəyik" - bu sözləri dünən mediaya açıqlamasında gənclər və idman naziri Fərid Qayıbov deyib. Qayıbovun AFFA İcraiyyə Komitəsinin düz 3 ay əvvəl - fevralı 3-ü keçirilən iclasında AFFA-nın 2025-2028-ci illəri əhatə edən İnkişaf Strategiyası qəbul olunduğundan xəbərsizliyi heç inandırıcı deyil. Bəlkə cənab nazir sətiraltı olaraq AFFA-nın yeni rəhbərliyinin fəaliyyətsizliyinə işarə edir?

Uşaq futboluna gəlincə, bu sahəyə görə nazirlik ən azı AFFA qədər məsuliyyət daşıyır. 

Fərid Qayıbovun nazir postuna təyinatının dördüncü ilidi. Ölkəmizin müxtəlif yerlərində AGİN-in balansında 24 Uşaq Gənclər İdman Məktəbi, 42 Olimpiya kompleksi, 24 digər nəhəng idman qurğusu var. Bunu nazirliyin rəsmi saytında görürük. Yəqin ki, tam siyahı deyil.

Belədə sual yaranır ki, Qayıbov gələndən sonra həmin UGİM-lərdə, komplekslərdə, qurğularda yaxşılığa doğru nəsə dəyişibmi? Bu 4 ildə hansı istedadı kəşf ediblər,  hansı futbolçunu yetişdiriblər? "Ulduz" Futbol Akademiyası və Qubada beynəlxalq uşaq turniri əla ideyadı. Amma "Qarabağ" və "Sabah" da aşağı yaşlardan ibarət komandalarını hər il neçə beynəlxalq turnirə göndərir. Bu uşaq futbolunun inkişafı üçün ən vacib şərtlərdən biridi. Gəl ki, nə UFA-nın, nə "Qarabağ"ın, nə də "Sabah"ın normal infrastrukturu, şəraiti yoxdu. Əsas komandası qısa müddətdə böyük tərəqqiyə nail olmuş "Zirə"nin akademiyasının durumu daha acınacaqlıdı. Onlardan fərqli "Neftçi"nin şəraiti var amma "ağ-qaralar" uşaq komandalarını beynəlxalq turnirlərə göndərməyə qıymır. 

Mən aparıcı klublarımızdan danışıram. Məsələn, "Araz Naxçıvan" kimi bütün oyunlarını Bakıda keçirən, uşaq futbolu bərbad durumda olan başqa klublardan nəsə demək artıqdı. 

Ölkədə həm uşaq, həm də böyük futbolu üçün ən yaxşı şəraiti olan klub "Qəbələ"di. Amma Qəbələdəki o möhtəşəm infrastruktur və akademiya baxımsız vəziyyətdədi. Yenisini qurmurlar, hazırı da baxımsız qalıb məhv olub gedir. Yaxşı ki, "Bakı"nın bazası kimi birdəfəlik dağıtmırlar. Məntiqi anlamaq çətindi...

Bu mənada tək nümunə çəkiləsi klub "Turan Tovuz", yeganə ad Ehtiram Quliyevdi. Onun Tovuzda və Kürdəxanıda gördüyü və görəcəyi işlər haqda təkrar yazmaq istəmirəm. Çünki, nadir istisnadı.

Uşaq futbolunun bu vəziyyətdə olması təkcə klubların və AFFA-nın günahı deyil. Bu məsələyə ən azı onlar qədər cavabdeh olan AGİN, Elm və Təhsil Nazirliyinin də bu sahədə indiyəcən hansı iş gördüyü maraqlıdı...

Hətta, Sports.az-a daxil olan özəl məlumata görə bir iş adamı öz rayonunun bütün kənd məktəblərində futbol meydançaları saldırmaq istəyib, amma nazirlik buna icazə verməyib...


Belə-belə işlər...

Uşaq futbolunun möhkəm təməli olmadan böyük futbolunda heç bir ciddi uğur qazanılmayacağını hamı yaxşı bilir. Bilmirsinizsə, heç olmasa Gürcüstan və Özbəkistandan öyrənin!

Son xəbərlər
“Qarabağ” “Şamaxı”ya, “Sabah” “Zirə”yə qarşı
Parisdə 5, Marseldə 4 qol
“Real” yenə xal itirdi
“Vest Hem” 4 cavabsız qola sevindi
“Roma”dan darmadağın
İlk oyunda heç-heçə
İtaliya millisinin yeni baş məşqçisi bilindi
“Milan” yay hazırlıq planları üzərində çalışır
“Beşiktaş”dan inamlı qələbə
“Milan” “Çelsi”nin hücumçusunu icarəyə götürmək istəyir
Sumqayıtda Azərbaycan birinciliyi keçiriləcək
“Sabah”ın U-18 komandası ÇL-də məğlub oldu
Ercan Aslan və Gülay Orucovadan qızıl medal
“Barselona” yay hazırlıq səfəri üzərində çalışır
“Borussiya”da yeni müqavilə
1-ci Liqada daha iki turun oyun cədvəli açıqlandı
“Real” Oliseyə görə nəhəng təkliflə çıxış edə bilər
Mingəçevirdə məşqçilər üçün seminar başa çatıb
Yeddi azərbaycanlı idmançı üçün Türkiyə sınağı
“Real”ın hücumçusu Premyer Liqaya yollana bilər
Spaletti ilə yeni müqavilə imzalandı
Azərbaycan güləşçiləri üçün Antalya sınağı
“Hər görüşə qələbə üçün çıxacağıq” - Füzuli Məmmədov
“Arsenal” “Real”ın iki məzununu hədəfə aldı
“Qarabağ”la oyundan sonra komandanı tanıya bilmirəm” - Azər Bağırov
“Kəpəz” Yevlaxda darmadağına üzüldü - VİDEO
Martinelli gələcəyi ilə bağlı qərar verdi
“Karvan-Yevlax”dan darmadağın
2-ci dərəcə məşqçi kursu başa çatıb
“Barselona” 10 milyon avro məbləğində qabağa düşə bilər
DAHA ÇOX

Ən çox oxunanlar