ACF məşqçilər üçün peşəkar inkişaf proqramının icrasına start verib

ACF məşqçilər üçün peşəkar inkişaf proqramının icrasına start verib

Azərbaycan Cüdo Federasiyası Şəkidə şimal-qərb regionundan olan cüdo məşqçiləri üçün peşəkar inkişaf proqramının icrasına start verib. 

Sports.az xəbər verir ki, proqramın ilk günündə 3 sessiya təşkil olunub.

“Təhlükəsiz idman” mövzusunda keçirilmiş seminarda 13 yaşa qədər azyaşlı yeniyetmələrdə təhlükə yarada biləcək fəndlər və texnikalar barədə məlumat verilib. Bu yaş kateqoriyasına aid cüdoçulara həmin fəndlərin tətbiqinin qadağan olunduğu bir daha xatırladılıb. Məşqçilərə bu məsələyə xüsusilə diqqətlə yanaşmaları tövsiyə olunub. Seminar zamanı beynəlxalq təcrübəyə əsaslanan elmi istinadlı məqalələrdən istifadə edilib.

Ardınca hakim Vüsal Əliyev tərəfindən Beynəlxalq Cüdo Federasiyası tərəfindən tətbiq edilmiş yeni qaydalarla bağlı təlim keçirilib. Qarşılıqlı diskussiya formatında keçən seminarda məşqçilərin sualları ətraflı cavablandırılıb.

Günün son praktiki sessiyası isə “ashi-waza” — ayaq texnikaları mövzusuna həsr olunub. Bu sessiyada fəndlərin icrası təlimatçılarla yanaşı, təcrübəli məşqçilər tərəfindən də nümayiş etdirilib. Bununla regionda təcrübə mübadiləsinin aparılması hədəflənib.

Peşəkar inkişaf proqramı 6 gün davam edəcək. Proqramın ilk mərhələsi qərb bölgəsinin məşqçiləri üçün Goranboyda həyata keçirilmişdi.

Son xəbərlər
“Qalatasaray”dan qələbə, “Beşiktaş”dan xal itkisi
Kənan çempion, Xetaq ikinci oldu
“Arsenal” qalib gəldi, “Mançester Siti” uduzdu
Robertson “Liverpul”un oyunundakı enişi şərh etdi
“Bayer”dən inamlı qələbə
Amorim Maquayrla yeni mümkün müqaviləyə dair sualı cavabladı
Kapello “İnter”in “Napoli”yə qarşı oyununu qiymətləndirdi
Van Deyk “Liverpul”un son uğursuzluqları ilə bağlı açıqlama verdi
“Gərək hakimlər buna nəzarət etsinlər, belə olmaz” – Qurban Qurbanov
“Real” “Barselona”ya qalib gəldi
Xulian Alvares “Atletiko”da qalacaq
“Qarabağ”a qarşı çəkinmədən mübarizə apardıq” - Ayxan Abbasov
“Bayern” müdafiə xəttini onunla gücləndirmək istəyir
“Qarabağ” xal itirdi, “Neftçi” qalib gəldi
“Neftçi”yə faydalı olmaq üçün gəlmişəm” - Abubakar
“Zenit” “Braqantino”nun yarımmüdafiəçisinə göz dikib
“Qəbələ” “Neftçi”yə belə uduzdu - VİDEO
17 yaşadək cüdoçular arasında region birinciliyinin qalibləri müəyyənləşdi
“Əminəm ki, belə oyunla uğur gələcək”
Neymar karyerasında yeni səhifə açmaq niyyətindədir
“9 oyuna 2 qələbə “Neftçi” üçün azdır” - Samir Abasov
Azərbaycan sablyaçısı Bolqarıstanda bürünc medal qazanıb
Şəkidə UEFA-nın D kateqoriyalı məşqçi kursu başa çatıb
MY “Sportinq”inin yarımmüdafiəçisi ilə maraqlanır
“Şəkidə asanlıqla məğlub olmuruq” - Meriç
Millimizin İslam Həmrəyliyi Oyunlarındakı rəqibləri bəlli oldu
“Komanda hələ tam formalaşmayıb” - Baxşıyev
Asllani “Hoffenhaym”dan ayırla bilər
Yeniyetmə sablyaçılardan Gürcüstanda 4 medal
“Leypsiq” Verneri az qala havayı buraxmağa hazırdır
DAHA ÇOX

Ən çox oxunanlar