AVF rəhbərliyi ilə məşqçilər arasında görüş keçirilib

AVF rəhbərliyi ilə məşqçilər arasında görüş keçirilib

Azərbaycan Velosiped Federasiyasının (AVF) rəhbərliyi ilə ölkənin müxtəlif bölgələrindən olan məşqçilər arasında görüş keçirilib.

Sports.az xəbər verir ki, iclasın əsas məqsədi cari il ərzində federasiyanın qarşısında duran vəzifələrin, prioritet istiqamətlərin və inkişaf perspektivlərinin müzakirəsi, eyni zamanda məşqçilərin fikir və təkliflərinin dinlənilməsi olub.

Görüşü giriş sözü ilə açan AVF-nin 1-ci vitse-prezidenti Sahib Ələkbərov yeni mərhələdə velosiped idmanının inkişafı, perspektivli idmançıların aşkara çıxarılması, maddi-texniki bazanın gücləndirilməsi və beynəlxalq yarışların bərpası istiqamətində qarşıya qoyulan əsas hədəflər barədə məlumat verib.

O, həmçinin regionlarda idmanın inkişafı üçün mövcud imkanlardan istifadənin vacibliyini vurğulayıb.

Tədbirdə çıxış edən məşqçilər bir sıra məsələlərə toxunaraq, xüsusilə velosiped çatışmazlığı, infrastrukturun təkmilləşdirilməsi, idmançıların beynəlxalq təcrübə qazanması üçün xarici təlim-məşq toplanışlarına cəlb edilməsi və məktəblərarası yarışların bərpası ilə bağlı təkliflərini səsləndiriblər.

Görüş zamanı həmçinin “Tour d’Azerbaidjan” yarışının bərpası, peşəkar velosiped komandasının yaradılması, qadın velosipedçilərin sayının artırılması və Qarabağda Velosiped Məktəbinin təsis olunması kimi təşəbbüslər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Son xəbərlər
Azərbaycan milliləri hazırlığın son mərhələsini Bakıda davam etdirirlər
“Vurulan qollar kombinasiyalı hücumların nəticəsi idi”
Endrikin xidmətində maraqlı olan alman klubunun adı məlum oldu
“Barselona”nın yarımmüdafiəçisi zədələnib
“Qəbələ” və “Şamaxı” növbəti mərhələdə - YENİLƏNİR
“Vest Hem” “Barselona”nın yarımmüdafiəçisi ilə maraqlanır
AÇ-də iştirak edəcək Azərbaycan cüdoçuları bəlli oldu
“Növbəti mərhələyə vəsiqə qazandığımız üçün sevincliyik”
“Ondan bu qızıl medalı çoxdan gözləyirdik” - Qazyumov
Alaybeqoviç Avropa nəhənglərinin diqqət mərkəzindədir
“Qarabağ” - “Çelsi” oyununun biletləri satışa çıxarıldı
Azərbaycan AÇ-də 47 şahmatçı ilə təmsil olunacaq
Azərbaycan taekvondoçusu DÇ-də bürünc medal qazandı
“Lill”in gənc istedadı “itlər”dən ayrıla bilər
AFFA rəsmisinə UEFA-dan təyinat
Azərbaycan Cüdo Federasiyasının təşkilatçılığı ilə “Ailə günü”
Braziliyadakı məşhur stadion satışa çıxarılır
“Tottenhem” “Olimpik”in hücumçusu ilə maraqlanır
Paracüdoçuların olimpiyaçılarla birlikdə məşqlərinə start verilib
İslam Həmrəyliyi Oyunlarına 6 stolüstü tennisçi ilə
“Sumqayıt”da ayrılıq
“Bayern”in Keynə xələf gördüyü oyunçu məlum oldu
Türkiyənin daha bir klubuna transfer qadağası qoyuldu
FIBA Çempionlar Liqası: “Sabah” növbəti matçına çıxacaq
Minifutbol üzrə Azərbaycan çempionatında mövsümə start verilib
Bellingem İngiltərə nəhənginə qoşulmayacaq
Azərbaycan klubu amerikalı basketbolçu transfer edib
"Araz-Naxçıvan" UEFA Çempionlar Liqasında ilk matçına çıxır
FIBA Avropa Kuboku: Azərbaycan komandaları üz-üzə
“Palmeyras” Vendeli satın almaq istəyir
DAHA ÇOX

Ən çox oxunanlar