Digər
Gənc taekvondoçulardan Bolqarıstanda 3 medal

17.05.2025 | 00:30
Azərbaycanın gənc taekvondoçuları Bolqarıstanın paytaxtı Sofiyada keçirilən G3 kateqoriyalı "Prezident Kuboku"nda 3 medal qazanıblar.
Sports.az xəbər verir ki, Elcan Əliyev bütün rəqiblərini üstələyərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Yunis Hüseynov və Fuad Məhərrəmli isə bürünc medallara sahib çıxıblar.
Son xəbərlər





























