5 ulduzlu "Qalatasaray"

5 ulduzlu "Qalatasaray"

 

Televiziyada baxdığım və yadımda qalan ilk oyunlar AVRO-1992-də olub. Sonrakı 33 ildə ən unuda bilmədiyim matç "Arsenal" - "Galatasaray" UEFA kuboku finalıdı.
Kopenhagenin "Parken" stadionunda keçirilən bu qarşılaşmanı izləmək üçün Bakıda insanlar sözün əsl mənasında ağaclara dırmaşmışdı.
Çünki, o vaxt finala baxa biləcəyiniz yerlər indiki kimi çox olmayan türk restoranları idi. Tələbat bu restoranların tutumundan dəfərlərlə çox olduğundan obyekt sahibləri bir monitorları bayıra tərəf çevirirdilər ki, oyunu hamı izləyə bilsin. Adam selində itib-batan, monitoru görə bilməyənlərdən bəziləri ağaclara çıxıb finala ordan baxırdı...
Möhtəşəm bir 120 dəqiqə! Səviyyəcə xeyli üstün rəqibə qarşı "Qalatasaray" futbolçularının möcüzəvi mücadiləsi, Hacının qırmızı, kartı, Taffarelin inanılmaz qurtarışları, "Arsenal" ən təcrübəli futbolçularından olan Martin Kiounun  boş qapıya düşə bilməməsi və penalti seriyası...
Levent Özçeliyin fantastik şərhi, George Popeskunun həlledici penalti vuruşundan öncə "Aman Allahım! Tanrı bizim almamızı istiyor!", rumıniyalı müdafiəçinin dəqiq zərbəsindən sonra hönkür-hönkür ağlayıb "Tanrım, kupa bizim! Allahım, sana şükürlər olsun!" sözləri...
Bu qədər emosiya, bu qədər hiss bəlkə də yalnız bir Türkiyə klubunun oyununda yaşana bilərdi.
Bundan sonra azərbaycanlı futbolsevərlərdə və futbolu o qədər də sevməyənlərdə indiyə qədər davam edən "Qalatasaray" eşqi yarandı.
Həmin "Parken"də "Qarabağ" tarix yazıb Çempionlar Liqasının qrupuna düşdü, başqa inanılmaz uğurlara imza atdı, "Neftçi" - "Pünik"i uddu, "Birlik kuboku"nu qazandı, ilk dəfə Avropa kuboklarında qrup mərhələsinə yüksəldi, "Qəbələ" qitə turnirlərində iki dəfə qruplara çıxdı, "Sabah" və "Zirə" son illər beynəlxalq arenada yaddaqalan oyunlar keçirdi, "Traktor" İran çempionu oldu, Messi və Ronaldo kimi əfsanələr yetişdi, amma hələ də Azərbaycanda "Qalatasaray" qədər sevilən ikinci klub yoxdu.
Tanrı mənə həmin əfsanəvi heyətin bir neçə aparıcı üzvü ilə üzbəüz söhbətləşməyi, baş məşqçi Okan Buruka üstündə saytımın adı yazılan köynəyi bağışlamağı, "Ali Sami Yen"də son matçı, o vaxt "Türk Telekom Arena" adlanan indiki "RAMS Park"da ilk oyunu tribunadan izləməyi, "Qalatasaray" adasına getməyi, UEFA kuboku qazanılandan 23 il sonra, həmin əlamətdar gündə - 17 mayda Florya Metin Oktay Tesislerində klub veteranları ilə azərbaycanlı idman jurnalistlərinin qardaşlıq görüşünün təşkilini, GS TV-yə çıxmağı, klub başkanı ilə tanışlığı, iki sevimli klubum - "Neftçi" və "Qalatasaray"ın matçına stadiondan şərh verməyi nəsib edib.
"Sarı-qırmızılar"ın istər İstanbulda, istərsə də başqa ölkələrdə bir neçə oyununa stadiondan baxmışam.
Dünən "Arsenal"la tarixi qarşılaşmadan 25 il ötdü. Bu gün isə "Qalatasaray" 25-ci çempionluğunu rəsmiləşdirib Türkiyədə 5 ulduz qazanan ilk klub olmaq üçün "Kayserispor"la matça çıxacaq. Okan Burukun komandasına "RAMS Park"da azarkeşlərinə bayram yaşatmağa bir xal da kifayət edəcək.
Möhtəşəm uğur münasibətilə bütün "Qalatasaray" tərəfdarlarını indidən təbrik edirəm!

Son xəbərlər
“Qarabağ” “Şamaxı”ya, “Sabah” “Zirə”yə qarşı
Parisdə 5, Marseldə 4 qol
“Real” yenə xal itirdi
“Vest Hem” 4 cavabsız qola sevindi
“Roma”dan darmadağın
İlk oyunda heç-heçə
İtaliya millisinin yeni baş məşqçisi bilindi
“Milan” yay hazırlıq planları üzərində çalışır
“Beşiktaş”dan inamlı qələbə
“Milan” “Çelsi”nin hücumçusunu icarəyə götürmək istəyir
Sumqayıtda Azərbaycan birinciliyi keçiriləcək
“Sabah”ın U-18 komandası ÇL-də məğlub oldu
Ercan Aslan və Gülay Orucovadan qızıl medal
“Barselona” yay hazırlıq səfəri üzərində çalışır
“Borussiya”da yeni müqavilə
1-ci Liqada daha iki turun oyun cədvəli açıqlandı
“Real” Oliseyə görə nəhəng təkliflə çıxış edə bilər
Mingəçevirdə məşqçilər üçün seminar başa çatıb
Yeddi azərbaycanlı idmançı üçün Türkiyə sınağı
“Real”ın hücumçusu Premyer Liqaya yollana bilər
Spaletti ilə yeni müqavilə imzalandı
Azərbaycan güləşçiləri üçün Antalya sınağı
“Hər görüşə qələbə üçün çıxacağıq” - Füzuli Məmmədov
“Arsenal” “Real”ın iki məzununu hədəfə aldı
“Qarabağ”la oyundan sonra komandanı tanıya bilmirəm” - Azər Bağırov
“Kəpəz” Yevlaxda darmadağına üzüldü - VİDEO
Martinelli gələcəyi ilə bağlı qərar verdi
“Karvan-Yevlax”dan darmadağın
2-ci dərəcə məşqçi kursu başa çatıb
“Barselona” 10 milyon avro məbləğində qabağa düşə bilər
DAHA ÇOX

Ən çox oxunanlar