Güləş/Cüdo
Azərbaycan güləşçisindən Rusiyada bürünc medal

18.05.2025 | 22:45
Azərbaycan güləşçisi Musa Ağayev Rusiyanın Kaspiysk şəhərində keçirilən sərbəst güləş üzrə 5 qat dünya çempionu Əli Əliyevin xatirə turnirində bürünc medal qazanıb.
Sports.az xəbər verir ki, 55-ci dəfə keçirilən memorialda bu gün 57, 65, 74, 86 və 97 kq-da medalçılar müəyyənləşib.
Musa Ağayev 65 kq çəki dərəcəsində üçüncü yeri tutub.
Sabah 61, 70, 79, 92 və 125 kq-da qaliblərin adlarına aydınlıq gələcək.
Son xəbərlər





























