“Qızıl Avropa Liqasında uğur qazanacağımıza böyük inamım var”

“Qızıl Avropa Liqasında uğur qazanacağımıza böyük inamım var”

Azərbaycanın qadın voleybolçulardan ibarət millisinin liberosu Yuliya Kərimova komandanın Qızıl Avropa Liqasına hazırlıq prosesi ilə bağlı təəssüratlarını bölüşüb.

Sports.az xəbər verir ki, bu barədə Voleybol Federasiyasının mətbuat xidməti məlumat yayıb.

O, komandada əhval-ruhiyyənin yüksək olduğunu söyləyib:

“Qızıl Avropa Liqasına hazırlıqlara Bakıda başladıq, daha sonra Sloveniyaya yollandıq. Orada Sloveniya millisi ilə birgə təlim-məşq toplanışı, həmçinin ABŞ klubuna qarşı yoxlama oyunu keçirdik. Komandada əhval-ruhiyyə yüksəkdir. İndi hazırlıqlarımız Yunanıstanda davam edir. Burada bir neçə yoxlama oyunu nəzərdə tutulub. Bu matçlar həm taktiki hazırlığın möhkəmlənməsi, həm də komandanın güclənməsi baxımından mühüm əhəmiyyət daşıyır. Qızıl Avropa Liqasında mübarizəyə mayın 30-da Bakıda start verəcəyik. Komandanın uğur qazanacağına böyük inamım var. Hədəfimiz bayrağımızı qürurla dalğalandırmaqdır”.

Qeyd edək ki, yığma Qızıl Avropa Liqasında ilk oyunlarını Bakıda keçirəcək. Mayın 30-da və iyunun 1-də baş tutacaq bu görüşlərdə rəqiblər Macarıstan və Sloveniya komandaları olacaq.

Son xəbərlər
“Palmeyras” Vendeli satın almaq istəyir
“Yuventus” məşhur italyan mütəxəssislə danışıqlar aparır
Xabi Alonso və Vinisius Junior nəyi bölə bilmirlər?
Qarnaço “Çelsi”ni seçməsini əsaslandırdı
Nevill “Liverpul”un fəsadını açıqladı
MY hücumçusunu “Napoli”yə satmağa hazırdır
Qvardioladan Trafford haqda açıqlama
Kubokda 2-ci təsnifat mərhələsinə yekun vurulacaq
“Milan” səfərdə büdrədi, “Napoli”yə 1 qol bəs etdi
“Əl-Hilal” “Əl-Uxdud” səddini keçdi
Qleb “Arsenal”ın İngiltərə Premyer Liqasındakı çıxışını şərh etdi
Runi “Liverpul”un iki aparıcı oyunçusunu tənqid etdi
Haland “Mançester Siti”nin azarkeşlərinə müraciət ünvanladı
Azərbaycanın titullu güləşçilərindən “ustad dərsi”
Matteus Noyerin mümkün əvəzedicisi haqda danışdı
“Lennart Karl tərifə layiqdir, o, möhtəşəmdir”
Azərbaycan paralimpiyaçıları Qazaxıstanda 5 qızıl medal qazanıblar
“Rəqib şübhəli penalti qərarından sonra hesabı açdı” - Kaskilya
“Qarabağ” “İmişli” ilə oyunun yerinin dəyişdirilməsi üçün PFL-ə müraciət edib
Bakıda Ümumdünya Cüdo Günü ilə əlaqədar “Şəhər turu”
Türkiyə klubu transfer qadağası ilə üzləşdi
“İnter” “Real”ın məzununu ələ keçirməyə hazırdır
“Turan Tovuz”, “Kəpəz”, “İmişli” və “Karvan-Yevlax” 1/8 finalda
Asim Xudiyev Konfrans Liqası oyununda
“Çempionat matçlarında daha yaxşı komanda görmək istəyirik”
“Yuventus” “Udineze”nin yarımmüdafiəçisi ilə maraqlanır
Yeniyetmə boksçular AÇ-nin hazırlığına başlayıb
"Qarabağ" - "Çelsi" oyununun biletləri sabah satışa çıxarılır
Del Pyero “Yuventus”un uğursuzluqlarını şərh etdi
“İnter”in qapıçısı qəza törətdi, 81 yaşlı kişi həyatını itirdi
DAHA ÇOX

Ən çox oxunanlar