Güləş/Cüdo
Daha bir güləşçimiz Rusiyadakı turnirdə medal qazandı

19.05.2025 | 16:45
Azərbaycanın daha bir sərbəst güləşçisi Rusiyanın Kaspiysk şəhərində keçirilmiş 5 qat dünya çempionu Əli Əliyevin xatirə turnirində medal qazanıb.
Sports.az xəbər verir ki, milli komandanın üzvü Cəbrayıl Qadjiyev yeni çəkidə debüt edib. 79 kq-da mübarizə aparan idmançı ənənəvi yarışda bürünc medal qazanıb.
Xatırladaq ki, ötən gün Musa Ağayev (65 kq) eyni nəticəyə imza atıb.
Son xəbərlər





























