Azərbaycanlı pilot Portuqaliyada qələbələri sıralayır

Azərbaycanlı pilot Portuqaliyada qələbələri sıralayır

Azərbaycanlı pilot Davin Cəfərov Portuqaliyanın Evora şəhərində keçirilən beynəlxalq kartinq yarışında birinci olub.

Sports.az xəbər verir ki, “tag livre” kateqoriyası üzrə keçirilən turnirdə İspaniya, Braziliya, Portuqaliya və Cənubi Afriadan peşəkar pilotlar iştirak edib.

908 metr uzunluğu olan Kartodromo de Evora trekində keçirilən yarışda Davin ilk dəfə çıxış etməsinə baxmayaraq, ən sürətli pilot olub. Davin Cəfərova kuboku 1979-cu ildə Portuqaliyanın Eştoril şəhərində baş tutan FİA Kartinq dünya çempionatında əfsanəvi Ayrton Senna ilə birgə mükafatçılar sırasında yer alan Harm Şurman təqim edib.

Dünya çempionatına qatılmaq üçün lisenziya xalları qazanan Davin Cəfərov Portuqaliyanın Palmela beynəlxalq  kartinq trekində keçiriləcək yerli çempionata hazırlaşır. X30 kateqoriyasında keçiriləcək yarış mayın sonlarında baş tutacaq.

Davin Cəfərov daha öncə EK125 CC kateqoriyası üzrə Portuqaliya Kubokunun qalibi olmaqla Avropa çempionatına vəzifə qazanıb.
Türkiyə, BƏƏ, Portuqaliyada keçirilən yarışlarda birinci olan Davinin məqsədi gələcəkdə Formula 1-ə yüksəlməkdir. 

Beynəlxalq dərəcəli peşəkar kartinq pilotu olan Davin Portuqaliyada “Birel Art” komandasının şərəfini qoruyur. “Birel” Lyuis Hemilton, Niko Rosberq kimi Formula 1 ulduzlarını kəşf edib.

Son xəbərlər
“Palmeyras” Vendeli satın almaq istəyir
“Yuventus” məşhur italyan mütəxəssislə danışıqlar aparır
Xabi Alonso və Vinisius Junior nəyi bölə bilmirlər?
Qarnaço “Çelsi”ni seçməsini əsaslandırdı
Nevill “Liverpul”un fəsadını açıqladı
MY hücumçusunu “Napoli”yə satmağa hazırdır
Qvardioladan Trafford haqda açıqlama
Kubokda 2-ci təsnifat mərhələsinə yekun vurulacaq
“Milan” səfərdə büdrədi, “Napoli”yə 1 qol bəs etdi
“Əl-Hilal” “Əl-Uxdud” səddini keçdi
Qleb “Arsenal”ın İngiltərə Premyer Liqasındakı çıxışını şərh etdi
Runi “Liverpul”un iki aparıcı oyunçusunu tənqid etdi
Haland “Mançester Siti”nin azarkeşlərinə müraciət ünvanladı
Azərbaycanın titullu güləşçilərindən “ustad dərsi”
Matteus Noyerin mümkün əvəzedicisi haqda danışdı
“Lennart Karl tərifə layiqdir, o, möhtəşəmdir”
Azərbaycan paralimpiyaçıları Qazaxıstanda 5 qızıl medal qazanıblar
“Rəqib şübhəli penalti qərarından sonra hesabı açdı” - Kaskilya
“Qarabağ” “İmişli” ilə oyunun yerinin dəyişdirilməsi üçün PFL-ə müraciət edib
Bakıda Ümumdünya Cüdo Günü ilə əlaqədar “Şəhər turu”
Türkiyə klubu transfer qadağası ilə üzləşdi
“İnter” “Real”ın məzununu ələ keçirməyə hazırdır
“Turan Tovuz”, “Kəpəz”, “İmişli” və “Karvan-Yevlax” 1/8 finalda
Asim Xudiyev Konfrans Liqası oyununda
“Çempionat matçlarında daha yaxşı komanda görmək istəyirik”
“Yuventus” “Udineze”nin yarımmüdafiəçisi ilə maraqlanır
Yeniyetmə boksçular AÇ-nin hazırlığına başlayıb
"Qarabağ" - "Çelsi" oyununun biletləri sabah satışa çıxarılır
Del Pyero “Yuventus”un uğursuzluqlarını şərh etdi
“İnter”in qapıçısı qəza törətdi, 81 yaşlı kişi həyatını itirdi
DAHA ÇOX

Ən çox oxunanlar