Şəhidlərin xatirəsinə həsr olunmuş reytinq turniri keçirilib

Şəhidlərin xatirəsinə həsr olunmuş reytinq turniri keçirilib

Bakıda şəhidlərin xatirəsinə həsr olunmuş karate üzrə reytinq turniri keçirilib

Sports.az xəbər verir ki, bu barədə Azərbaycan Karate Federasiyasının (AKF) mətbuat xidməti məlumat yayıb.

AKF-nin təşkilatçılığı ilə Fövqəladə Hallar Nazirliyinin İdman-Sağlamlıq Mərkəzində keçirilən yarışda yeniyetmələr, gənclər, 21 yaşadək karateçilər, böyüklər və parakarateçilər iştirak ediblər.

Turnir Vətən Müharibəsi şəhidləri – Səfərov Cəsarət və Səfərov Şahmarın əziz xatirəsinə həsr olunub.

Turnir Dövlət Himninin səsləndirilməsi və şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayıb. Tədbirdə AKF-nin prezidenti Ülvi Quliyev, Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyev və şəhidlərin valideynləri çıxış ediblər.

AKF prezidenti Ülvi Quliyev çıxışında yarışın yalnız idman mübarizəsi olmadığını bildirib:

“Bu yarış yalnız idman mübarizəsi deyil, eyni zamanda şəhidlərimizin ruhuna ehtiramın və gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsinin təcəssümüdür".

İcra başçısı Adil Əliyev turnirin dövlətin milli dəyərlərə verdiyi önəmin göstəricisi olduğunu vurğulayıb:

“Şəhidlərimizin xatirəsinin belə tədbirlərlə əbədiləşdirilməsi dövlətimizin milli dəyərlərə verdiyi önəmin göstəricisidir. Bu yarış həm də gənclərimizin mənəvi inkişafına mühüm töhfədir”.

Tədbirdə çıxış edən şəhid valideynləri övladlarının adlarının idman meydanlarında yaşadılmasından duyduqları qüruru və minnətdarlıqlarını ifadə ediblər.

Turnirdə ölkənin müxtəlif bölgələrindən 35 klubun 350-dən çox karateçisi iştirak edib. Yarış yeniyetmələr, gənclər, U-21, böyüklər və parakarate kateqoriyaları üzrə təşkil olunub və Azərbaycan çempionatı və respublika birinciliyi üçün lisenziya xarakteri daşıyıb.

AKF tərəfindən tətbiq olunan xüsusi reytinq sistemi çərçivəsində üç ardıcıl reytinq turnirində ən yüksək bal toplamış idmançılar respublika birinciliyi və Azərbaycan çempionatında iştirak hüququ – lisenziya əldə edəcəklər. Bu mexanizm milliyə obyektiv və şəffaf seçim prosesini təmin edir.

Turnirin idarə olunmasına 30-a yaxın peşəkar hakim cəlb edilib. Yarış beynəlxalq standartlara uyğun şəkildə, texniki və təşkilati baxımdan yüksək səviyyədə keçirilib. Təhlükəsizlik tədbirləri və idmançıların rifahı tam təmin olunub.

Qeyd edək ki, karatenin inkişafına xüsusi töhfə vermiş və dəstək göstərmiş bir sıra şəxslərə AKF tərəfindən fəxri diplomlar və təşəkkürnamələr təqdim olunub. Tədbirdə idman ictimaiyyətinin tanınmış nümayəndələri, media təmsilçiləri, dövlət və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Son xəbərlər
“Palmeyras” Vendeli satın almaq istəyir
“Yuventus” məşhur italyan mütəxəssislə danışıqlar aparır
Xabi Alonso və Vinisius Junior nəyi bölə bilmirlər?
Qarnaço “Çelsi”ni seçməsini əsaslandırdı
Nevill “Liverpul”un fəsadını açıqladı
MY hücumçusunu “Napoli”yə satmağa hazırdır
Qvardioladan Trafford haqda açıqlama
Kubokda 2-ci təsnifat mərhələsinə yekun vurulacaq
“Milan” səfərdə büdrədi, “Napoli”yə 1 qol bəs etdi
“Əl-Hilal” “Əl-Uxdud” səddini keçdi
Qleb “Arsenal”ın İngiltərə Premyer Liqasındakı çıxışını şərh etdi
Runi “Liverpul”un iki aparıcı oyunçusunu tənqid etdi
Haland “Mançester Siti”nin azarkeşlərinə müraciət ünvanladı
Azərbaycanın titullu güləşçilərindən “ustad dərsi”
Matteus Noyerin mümkün əvəzedicisi haqda danışdı
“Lennart Karl tərifə layiqdir, o, möhtəşəmdir”
Azərbaycan paralimpiyaçıları Qazaxıstanda 5 qızıl medal qazanıblar
“Rəqib şübhəli penalti qərarından sonra hesabı açdı” - Kaskilya
“Qarabağ” “İmişli” ilə oyunun yerinin dəyişdirilməsi üçün PFL-ə müraciət edib
Bakıda Ümumdünya Cüdo Günü ilə əlaqədar “Şəhər turu”
Türkiyə klubu transfer qadağası ilə üzləşdi
“İnter” “Real”ın məzununu ələ keçirməyə hazırdır
“Turan Tovuz”, “Kəpəz”, “İmişli” və “Karvan-Yevlax” 1/8 finalda
Asim Xudiyev Konfrans Liqası oyununda
“Çempionat matçlarında daha yaxşı komanda görmək istəyirik”
“Yuventus” “Udineze”nin yarımmüdafiəçisi ilə maraqlanır
Yeniyetmə boksçular AÇ-nin hazırlığına başlayıb
"Qarabağ" - "Çelsi" oyununun biletləri sabah satışa çıxarılır
Del Pyero “Yuventus”un uğursuzluqlarını şərh etdi
“İnter”in qapıçısı qəza törətdi, 81 yaşlı kişi həyatını itirdi
DAHA ÇOX

Ən çox oxunanlar