AHİTA və AVİF arasında əməkdaşlıqla bağlı görüş keçirilib

AHİTA və AVİF arasında əməkdaşlıqla bağlı görüş keçirilib

Mayın 23-də Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyasının (AHİTA) təşəbbüsü ilə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında AHİTA ilə Azərbaycan Velosiped İdmanı Federasiyası arasında əməkdaşlıq məsələlərinə həsr olunmuş görüş keçirilib.

Sports.az xəbər verir ki, görüş zamanı velosiped idmanının həmkarlar ittifaqları strukturları daxilində inkişafı, gənclərin idmana cəlb olunması, birgə tədbirlərin təşkili, maarifləndirmə layihələrinin həyata keçirilməsi və gələcək əməkdaşlıq perspektivləri ətrafında geniş fikir mübadiləsi aparılıb.

Görüşdə müzakirə olunan məsələlərə toxunan AHİTA İB-nin direktoru Tural Qasımov bildirib:

“Velosiped yalnız idman növü deyil, həm də sağlam və ekoloji həyat tərzinin təbliğində mühüm vasitədir. Biz AHİTA olaraq, federasiya ilə birgə layihələrin reallaşdırılmasını olduqca vacib hesab edirik”.

Azərbaycan Velosiped İdmanı Federasiyasının vitse-prezidenti Fikrət Hüseynov isə görüşün əhəmiyyətini vurğulayaraq deyib:

“Biz federasiya olaraq ictimai təşkilatlarla əməkdaşlığa daim açığıq. AHİTA ilə bu istiqamətdə aparılan danışıqlar gələcəkdə velosiped idmanının daha geniş təbliğinə imkan verəcək”.

Tədbir zamanı iki qurum arasında ortaq fəaliyyət planının hazırlanması barədə ilkin razılıq əldə olunub və qarşılıqlı maraqlar əsasında birgə layihələrin həyata keçirilməsi, əməkdaşlığın davamlı xarakter alması üçün atılacaq növbəti addımlar müzakirə edilib.

Son xəbərlər
Kubokda 2-ci təsnifat mərhələsinə yekun vurulacaq
“Milan” səfərdə büdrədi, “Napoli”yə 1 qol bəs etdi
“Əl-Hilal” “Əl-Uxdud” səddini keçdi
Qleb “Arsenal”ın İngiltərə Premyer Liqasındakı çıxışını şərh etdi
Runi “Liverpul”un iki aparıcı oyunçusunu tənqid etdi
Haland “Mançester Siti”nin azarkeşlərinə müraciət ünvanladı
Azərbaycanın titullu güləşçilərindən “ustad dərsi”
Matteus Noyerin mümkün əvəzedicisi haqda danışdı
“Lennart Karl tərifə layiqdir, o, möhtəşəmdir”
Azərbaycan paralimpiyaçıları Qazaxıstanda 5 qızıl medal qazanıblar
“Rəqib şübhəli penalti qərarından sonra hesabı açdı” - Kaskilya
“Qarabağ” “İmişli” ilə oyunun yerinin dəyişdirilməsi üçün PFL-ə müraciət edib
Bakıda Ümumdünya Cüdo Günü ilə əlaqədar “Şəhər turu”
Türkiyə klubu transfer qadağası ilə üzləşdi
“İnter” “Real”ın məzununu ələ keçirməyə hazırdır
“Turan Tovuz”, “Kəpəz”, “İmişli” və “Karvan-Yevlax” 1/8 finalda
Asim Xudiyev Konfrans Liqası oyununda
“Çempionat matçlarında daha yaxşı komanda görmək istəyirik”
“Yuventus” “Udineze”nin yarımmüdafiəçisi ilə maraqlanır
Yeniyetmə boksçular AÇ-nin hazırlığına başlayıb
"Qarabağ" - "Çelsi" oyununun biletləri sabah satışa çıxarılır
Del Pyero “Yuventus”un uğursuzluqlarını şərh etdi
“İnter”in qapıçısı qəza törətdi, 81 yaşlı kişi həyatını itirdi
Yüksək Liqada növbəti oyunların keçirilmə tarixi açıqlandı
“Yuventus” baş məşqçi postuna onu gətirmək istəyir
Premyer Liqa klubunda yeni müqavilə
Premyer Liqanın 10-cu turu rəqəmlərin gözü ilə
“Liveprul” Slotla yeni müqaviləyə dair danışıqlarını dayandırdı
"Real"ın kapitanı əməliyyat ediləcək
Super Liqa klubu baş məşqçisi ilə vidalaşdı
DAHA ÇOX

Ən çox oxunanlar