Digər
Azərbaycan millisinin təlim-məşq toplanışına start verilib

23.05.2025 | 18:00
Azərbaycanın gənclərdən ibarət taekvondo millisinin üzvləri təlim-məşq toplanışlarına cəlb olunublar.
Sports.az xəbər verir ki, idmançılar baş məşqçi Rəşad Məmmədov, məşqçilər Ayxan Tağızadə və Fəridə Əzizovanın rəhbərliyi altında hazırlıq keçirlər.
Təlim-məşq toplanışının məqsədi iyulun 20-26-sı aralığında Şimali Makedoniyanın paytaxtı Skopye və Xorvatiyanın Osiyek şəhərlərində keçiriləcək 18-ci Avropa Gənclər Yay Olimpiya Festivalına hazırlıq xarakteri daşıyır.
Son xəbərlər





























