Azərbaycan birinciliyinə yekun vuruldu

Azərbaycan birinciliyinə yekun vuruldu

14 yaşadək (U-14) voleybolçu qız və oğlanların Azərbaycan birinciliyinə yekun vurulub.

Sports.az xəbər verir ki, bu gün AVF-nin İdman zalında həm qızların, həm də oğlanların mübarizəsində yarımfinal və final mərhələsinin oyunları keçirilib.

Qızların yarımfinal oyunlarında “Azərreyl-2” klubu “Mingəçevir-1” komandasına, “Tovuz RVK” isə “Azərreyl-5” klubuna qalib gələrək finala vəsiqə qazanıblar. Oğlanların mübarizəsində isə “Sumqayıt RVK” “Oğuz RVK”nı, “Daşkəsən” klubu isə “Naxçıvan”ı məğlub edərək finala yüksəliblər. 

Sonra bürünc və qızıl medal uğrunda oyunlara start verilib. Qızların üçüncü yer uğrunda oyununda “Azərreyl-5“ 3:2 hesabı ilə “Mingəçevir-1“i, oğlanların mübarizəsində isə “Naxçıvan“ 3:0 hesabı ilə “Oğuz RVK“nı məğlub edərək yarışın bürünc medallarını qazanıblar. 

Qızların finalında “Azərreyl-2” “Tovuz RVK”nı 3:0, oğlanların finalında isə “Daşkəsən” komandası “Sumqayıt RVK”nı 3:2 hesabları ilə məğlub edərək çempion olublar.

Final qarşılaşmalarından sonra mükafatlandırma mərasimi başlayıb. Qaliblərə kubok və medallar təqdim olunub. Mükafatları AVF-nin prezidenti Şahin Bağırov, baş katib Faiq Orucov və Sumqayıt Regional Voleybol Klubunun rəhbəri Tariyel Alverdiyev təqdim ediblər.

Beləliklə, qızların birinciliyinin çempionu olan “Azərreyl-2” klubuna qızıl medal və kubok, “Tovuz RVK”ya gümüş, “Azərreyl-5” komandasına isə bürünc medallar təqdim edilib.

Oğlanların yarışının qalibi olan “Daşkəsən” klubuna qızıl medal və kubok, “Sumqayıt RVK”ya gümüş, “Naxçıvan” komandasına isə bürünc medallar verilib.

Sonda qaliblərlə xatirə şəkli çəkdirilib.

Qeyd edək ki, sabah (26 may) AVF-nin İdman zalında 18 yaşadək voleybolçuların Azərbaycan birinciliyində (qızlar və oğlanlar) üçüncülük və  final qarşılaşamaları, ardınca isə qaliblərin  mükafatlandırma mərasimi keçiriləcək.

Son xəbərlər
Kubokda 2-ci təsnifat mərhələsinə yekun vurulacaq
“Milan” səfərdə büdrədi, “Napoli”yə 1 qol bəs etdi
“Əl-Hilal” “Əl-Uxdud” səddini keçdi
Qleb “Arsenal”ın İngiltərə Premyer Liqasındakı çıxışını şərh etdi
Runi “Liverpul”un iki aparıcı oyunçusunu tənqid etdi
Haland “Mançester Siti”nin azarkeşlərinə müraciət ünvanladı
Azərbaycanın titullu güləşçilərindən “ustad dərsi”
Matteus Noyerin mümkün əvəzedicisi haqda danışdı
“Lennart Karl tərifə layiqdir, o, möhtəşəmdir”
Azərbaycan paralimpiyaçıları Qazaxıstanda 5 qızıl medal qazanıblar
“Rəqib şübhəli penalti qərarından sonra hesabı açdı” - Kaskilya
“Qarabağ” “İmişli” ilə oyunun yerinin dəyişdirilməsi üçün PFL-ə müraciət edib
Bakıda Ümumdünya Cüdo Günü ilə əlaqədar “Şəhər turu”
Türkiyə klubu transfer qadağası ilə üzləşdi
“İnter” “Real”ın məzununu ələ keçirməyə hazırdır
“Turan Tovuz”, “Kəpəz”, “İmişli” və “Karvan-Yevlax” 1/8 finalda
Asim Xudiyev Konfrans Liqası oyununda
“Çempionat matçlarında daha yaxşı komanda görmək istəyirik”
“Yuventus” “Udineze”nin yarımmüdafiəçisi ilə maraqlanır
Yeniyetmə boksçular AÇ-nin hazırlığına başlayıb
"Qarabağ" - "Çelsi" oyununun biletləri sabah satışa çıxarılır
Del Pyero “Yuventus”un uğursuzluqlarını şərh etdi
“İnter”in qapıçısı qəza törətdi, 81 yaşlı kişi həyatını itirdi
Yüksək Liqada növbəti oyunların keçirilmə tarixi açıqlandı
“Yuventus” baş məşqçi postuna onu gətirmək istəyir
Premyer Liqa klubunda yeni müqavilə
Premyer Liqanın 10-cu turu rəqəmlərin gözü ilə
“Liveprul” Slotla yeni müqaviləyə dair danışıqlarını dayandırdı
"Real"ın kapitanı əməliyyat ediləcək
Super Liqa klubu baş məşqçisi ilə vidalaşdı
DAHA ÇOX

Ən çox oxunanlar