Digər
ABŞ yığması dünya çempionu oldu

26.05.2025 | 17:15
ABŞ yığması hokkey üzrə dünya çempionatının finalında İsveçrə komandasını məğlub edib.
Sports.az xəbər verir ki, əsas vaxt 0:0 hesabı ilə başa çatıb.
Əlavə vaxtda amerikalılara qələbəni Teyc Tompsonun dəqiq zərbəsi gətirib.
ABŞ komandası 1960-cı ildən bəri ilk dəfə dünya çempionatını qazanıb. İsveçrə ardıcıl ikinci dəfə finalda məğlub olub – komanda heç vaxt birinciliyə nail olmayıb.
Turnir İsveçrə və Danimarkada keçirilib. Həlledici oyunlar Stokholmda baş tutub.
Son xəbərlər





























