Digər
Özbəkistan millisi Bakıya gəlib

28.05.2025 | 14:20
Özbəkistanın 16 yaşadək qızlardan ibarət voleybol millisi Bakıya gəlib.
Sports.az Azərbaycan Voleybol Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, onlar paytaxtda on gün təlim-məşq toplanışında iştirak edəcəklər.
Həmçinin qonaqlar Azərbaycanın yeniyetmələrdən ibarət millisi ilə birgə məşq edəcək və yoldaşlıq oyunları keçirəcək.
Son xəbərlər





























