“Fair Play Matçı” keçirilib

“Fair Play Matçı” keçirilib

“ASK Arena”da “Fair Play Matçı” baş tutub.

Sports.az xəbər verir ki, matçda peşəkar, veteran, həvəskar, qadın və əlil futbolçular və hakimlərdən ibarət qarışıq komandalar iştirak edib.

Bu oyunun məqsədi “Futbol hamı üçün” və “Futbolda ədalətli oyun” mesajlarını vermək olub.

Bu matç həmçinin Azərbaycan futbol tarixinin unudulmaz siması, dünya şöhrətli hakim Tofiq Bəhramovun 100 illiyi və bu il dünyada ilk dəfə qeyd edilən “Beynəlxalq Ədalətli Oyun Günü”nə həsr edilib. 
Tədbir “Azərbaycan Futbol Hakimləri” İctimai Birliyinin təşkilatçılığı, Böyük Britaniyanın Azərbaycandakı səfirliyi, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası və “Neftçi” peşəkar futbol klubunun dəstəyi və tərəfdaşlığı ilə keçirilib. 

Matçdan öncə tədbirin açılış hissəsində Birləşmiş Krallığın ölkəmizdəki səfiri Fergus Auld, “Azərbaycan Futbol Hakimləri” İctimai Birliyinin sədri Gülağa Cabarov, Regional Futbol Federasiyasının prezidenti İskəndər Cavadov və digərləri açılış nitqləri ilə çıxış edib və tədbirin əhəmiyyətini vurğulayıblar. Səfir ana dilimizdə çıxış edərək idmanın vacibliyini qeyd edib: “Fair Play” matçı çox gözəl bir təşəbbüsdür. Bu matç bizə futbol və idmanın hər kəs üçün olduğunu göstərir. Hər kəs bir meydanda oynayır. Bu, futbolun insanları necə birləşdirdiyini əyani şəkildə nümayiş etdirir. Bu oyun həm də çox xüsusi bir şəxsə — Azərbaycan futbolunun siması Tofiq Bəhramova həsr olunur.”

Daha sonra maraqlı futbol matçına start verilib. Britaniyanın səfiri, Britaniya Səfirliyinin əməkdaşları, “Baku Juniors” qadınlar klubu, futbol veteranları, amputant futbolçuların milli yığma komandası və hakimlər bir araya gələrək ədalətli oyunun ruhunu qeyd edib və maraqlı futbol matçı keçiriblər. Tədbirdən sonra “Neftçi” klubunun amputant futbolçular üçün hədiyyələri təqdim edilib. 

Qeyd edək ki, bu tədbir “Azərbaycan Futbol Hakimləri” İctimai Birliyinin 2025-ci ildə həyata keçirdiyi “Tofiq Bəhramov – 100” Ədalətli Oyun İrsi” layihəsi çərçivəsində təşkil olunub.

Son xəbərlər
“Milan” səfərdə büdrədi, “Napoli”yə 1 qol bəs etdi
“Əl-Hilal” “Əl-Uxdud” səddini keçdi
Qleb “Arsenal”ın İngiltərə Premyer Liqasındakı çıxışını şərh etdi
Runi “Liverpul”un iki aparıcı oyunçusunu tənqid etdi
Haland “Mançester Siti”nin azarkeşlərinə müraciət ünvanladı
Azərbaycanın titullu güləşçilərindən “ustad dərsi”
Matteus Noyerin mümkün əvəzedicisi haqda danışdı
“Lennart Karl tərifə layiqdir, o, möhtəşəmdir”
Azərbaycan paralimpiyaçıları Qazaxıstanda 5 qızıl medal qazanıblar
“Rəqib şübhəli penalti qərarından sonra hesabı açdı” - Kaskilya
“Qarabağ” “İmişli” ilə oyunun yerinin dəyişdirilməsi üçün PFL-ə müraciət edib
Bakıda Ümumdünya Cüdo Günü ilə əlaqədar “Şəhər turu”
Türkiyə klubu transfer qadağası ilə üzləşdi
“İnter” “Real”ın məzununu ələ keçirməyə hazırdır
“Turan Tovuz”, “Kəpəz”, “İmişli” və “Karvan-Yevlax” 1/8 finalda
Asim Xudiyev Konfrans Liqası oyununda
“Çempionat matçlarında daha yaxşı komanda görmək istəyirik”
“Yuventus” “Udineze”nin yarımmüdafiəçisi ilə maraqlanır
Yeniyetmə boksçular AÇ-nin hazırlığına başlayıb
"Qarabağ" - "Çelsi" oyununun biletləri sabah satışa çıxarılır
Del Pyero “Yuventus”un uğursuzluqlarını şərh etdi
“İnter”in qapıçısı qəza törətdi, 81 yaşlı kişi həyatını itirdi
Yüksək Liqada növbəti oyunların keçirilmə tarixi açıqlandı
“Yuventus” baş məşqçi postuna onu gətirmək istəyir
Premyer Liqa klubunda yeni müqavilə
Premyer Liqanın 10-cu turu rəqəmlərin gözü ilə
“Liveprul” Slotla yeni müqaviləyə dair danışıqlarını dayandırdı
"Real"ın kapitanı əməliyyat ediləcək
Super Liqa klubu baş məşqçisi ilə vidalaşdı
“Barselona”nın zədəliləri sıraya döndü
DAHA ÇOX

Ən çox oxunanlar