Azərbaycan güləşçilərindən AÇ-də 3 medal

Azərbaycan güləşçilərindən AÇ-də 3 medal

Azərbaycanın çimərlik güləşçiləri Xorvatiyanın Poreç şəhərində təşkil olunan yeniyetmələr (U-15, U-17) arasında Avropa çempionatında 2 qızıl, 1 bürünc medal qazanıblar.

Sports.az xəbər verir ki, qitə birinciliyində Azərbaycanı baş məşqçi Oyan Nəzərianinin rəhbərliyi altında U-17 millisi təmsil edib.

B qrupunda yer alan Rəşid Nazarov (60 kq) Xorvatiya güləşçiləri – Nikola Duriçlə Lovro Vidoviçə, eləcə də ukraynalı İliya Klimçuka 3:0 hesabı ilə qalib gəlib. Qrup lideri kimi yarımfinala yüksələn Nazarov final uğrunda mübarizədə gürcüstanlı Rati Beridzeyə son saniyələrdə məğlub olub – 2:3. Rəşid bürünc medal uğrunda qarşılaşmada yenidən Klimçukla üz-üzə gəlib. Bu dəfə rəqibinə xal verməyən (3:0) Nazarov fəxri kürsünün üçüncü pilləsinə yüksəlib.

Ruslan Vəliyev (70 kq) A qrupunda yunanıstanlı Yannis Apostolla ukraynalı İvan Zaliskonu 3:0 hesabı ilə üstələyib. Xorvatiyalı Leon Kuzman güləşmədiyi üçün Vəliyev hesabına texniki qələbə də yazdırıb. Ruslan qrup lideri kimi yarımfinala vəsiqə qazanıb. Onunla eyni çəkidə çıxış edən Ayxan Quliyev C qrupunda keçirdiyi ilk görüşdə gürcüstanlı Luka Maxaradzeyə 1:3 hesabı ilə məğlub olsa da, xorvatiyalı Toma Jelenç güləşmədiyi üçün texniki qələbə qazanıb, ardınca fransalı Tomas Reborqdan güclü olub – 3:1. Təmsilçilərimiz yarımfinalda üz-üzə gəlib. Ruslan Ayxanla mübarizədən qalib ayrılıb – 4:1. Quliyev bürünc medal uğrunda qarşılaşmada gürcü Bidzina Jintçaradze ilə bacarmayıb – 0:4. Ancaq Vəliyev həlledici görüşdə Gürcüstanın digər təmsilçisi Luka Maxaradzeyə 3:0 hesabıyla qalib gələrək Avropa çempionu olub.

Nihad Süleymanlı (80 kq) debütdə britaniyalı Marşal Everetə 3:0 hesabıyla qalib gələrək A qrupuna vəsiqə qazanıb. Nihad qrup mərhələsində gürcüstanlı Nuradin Mustafayevi 3:1, yunanıstanlı Panayotis Kiparissopulosla macarıstanlı Norbert Tapodini isə 3:0 hesabıyla məğlub edərək qrup lideri kimi yarımfinala yüksəlib. Süleymanlı bu mərhələdə gürcüstanlı Zebur Abaşidzeyə də heç bir şans tanımayıb – 3:0. Nihad finalda yenidən Mustafayevlə qarşılaşıb və rəqibə əvəz çıxmağa imkan verməyib. 4:1 hesablı qələbəyə sevinən Süleymanlı qızıl medalı boynundan asıb.

Beləliklə, millimiz Avropa çempionatında 2 qızıl və 1 bürünc medal qazanıb. Medalların əyarına görə bütün ölkələri qabaqlayan Azərbaycan xala görə sıralamada 3-cü yeri tutub. 65 xal toplayan komandamız Gürcüstan (85) və Ukraynadan (70) geri qalıb.

Qitə birinciliyində I-S kateqoriyalı hakim Sədi Quliyev ədaləti qoruyub.

Son xəbərlər
Kannavaro A Seriyasının ən güclü klubu ilə bağlı qənaətini açıqladı
“Sabah” FIBA Çempionlar Liqasında mübarizəni dayandırdı
Firmino “Real”a iki dəfə yox deyib
Runi İngiltərə çempionluğuna namizədini açıqladı
İspan yarımmüdafiəçi 2025-ci ilin ən yaxşı qadın oyunçusu seçildi
Azərbaycanın tanınmış güləşçiləri Laçında məktəbdə olublar
“Çelsi” baş məçqisini qovmağa hazırlaşır
2025-ci ilin ən yaxşı futbolçusu və məşqçisi açıqlandı
“Tottenhem” yeni baş məşqçi ilə bağlı kəşfiyyata çıxdı
“Mançester Siti”də ciddi itki
“Mançester Yunayted” baş məşqçisiz qala bilər
“Ferents Puşkaş" mükafatına layiq görülən qol açıqlandı
“Real”ın baş məşqçisi vəzifəsinə daha bir namizədin adı açıqlandı
“Bu titulun rəsmən Bakıya təhvil verilməsi böyük hadisədir” - Nazir
Bakı 2026-cı il “Dünya İdman Paytaxtı” elan olundu
“Qarabağ”ın qış hazırlıq planı müəyyənləşdi
“Xankəndi” 3 xalı 6 qolla qazandı
“Neftçi”nin əvəzedicilərindən darmadağın
Yeniyetmələr arasında Azərbaycan birinciliyi keçiriləcək
"Neftçi"nin futbolçusu ölkəsinin yığmasına çağırıldı
“Baku Sportinq”in futbolçusuna 3 oyunluq cəza
Premyer Liqa klubları cərimələndi
“Azərreyl”dən qələbə
Azərbaycan və Avstriyanın Milli Antidopinq Agentlikləri arasında Memorandum imzalanıb
ACF-in iki sosial layihəsi beynəlxalq mükafata namizəddir
“Arsenal”da ciddi itki
Premyer Liqada cari mövsüm debüt edən 4-cü əcnəbi mütəxəssis
450-ci: Əhmədzadənin 100-cü oyunu
Azərbaycan Premyer Liqasında 18 ildən sonra ilkə imza atılıb
“Bornmut” “Mançester Yunayted”in qəniminə çevrilib
DAHA ÇOX

Ən çox oxunanlar