Millimizin heyəti açıqlandı

Avropa Qızıl Liqasında çıxış edəcək Azərbaycanın qadın voleybolçulardan ibarət millisinin heyəti açıqlanıb.
Sports.az xəbər verir ki, bu barədə Voleybol Federasiyasının mətbuat xidməti məlumat yayıb.
Baş məşqçi Faiq Qarayevin, köməkçi məşqçilər Famil Ağayev və Emin Əbilovun rəhbərliyi altında çıxış edəcək heyət:
Hücumçular: Nikalina Başnakova, Anastasiya Baydyuk, Kseniya Pavlenka, Ülkər Kərimova, Yelizaveta Burkova,
Blokçular: Aynur İmanova, Mariya Kirilyuk, Anastasiya Mertsalova
Toppaylayıcılar: Yana Doroşenko, Raziyə Əliyeva, Valeriya Burkova
Liberolar: Yuliya Kərimova, Bəyaz Quluyeva, Ceyran İmanova.
Qeyd edək ki, yığma ilk oyunlarını Bakıda keçirəcək. Mayın 30-da və iyunun 1-də baş tutacaq bu görüşlərdə rəqiblər Macarıstan və Sloveniya komandaları olacaq.





























