28 May – Respublika Günü münasibətilə seminar təşkil olunub

28 May – Respublika Günü münasibətilə seminar təşkil olunub

Azərbaycan Karate Federasiyasının (AKF) rəhbərliyi və “KWU-WFKF” birliyinin təşkilatçılığı ilə Bakıda 28 May – Respublika Günü münasibətilə full kontakt karate üzrə ümumrespublika seminarı təşkil olunub.

Sports.az xəbər verir ki, tədbirə ölkənin müxtəlif bölgələrindən 400-ə yaxın karateçi qatılıb.

Seminar Dövlət Himni ilə başlayıb və Vətən uğrunda canını fəda etmiş şəhidləriin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirin açılışında çıxış edən Azərbaycan Karate Federasiyasının vitse-prezidenti Füzuli Musayev iştirakçıları salamlayıb karateçilərə uğurlar arzulayıb. Ardınca çıxış edən AKF-in baş katibi və “KWU-WFKF” birliyinin sədri Qabil Sayadov tədbirin təşkilində göstərilən dəstəyə görə federasiya rəhbərliyinə və iştirakçılara təşəkkürünü bildirib. O, belə seminarların gənc idmançıların inkişafı və beynəlxalq arenada ölkəmizi layiqincə təmsil etmələri baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıb.

Qazaxıstan karateçilərinin də qatıldığı seminarın praktiki hissəsi təşkilat nümayəndələri Hamlet Əlili, Rza Mustafayev, Vidadi Xəlilov, Rasim Oqniev, Anar Məmmədov və digər təcrübəli mütəxəssislərin rəhbərliyi ilə həyata keçirilib. Məşqlər zamanı iştirakçılara müxtəlif texniki və taktiki elementlər öyrədilib, yeni metodik yanaşmalar tətbiq olunub.

Qeyd edək ki, tədbirin sonunda 100-ə yaxın karateçi müxtəlif kyu dərəcələri üzrə imtahan verərək öz bilik və bacarıqlarını nümayiş etdiriblər. İmtahanlar peşəkar hakim heyəti tərəfindən obyektiv şəkildə qiymətləndirilib. Belə tədbirlərin gələcəkdə də ardıcıl olaraq davam etdiriləcəyi və ölkə üzrə karatenin bütün üslublarının inkişafına hərtərəfli dəstək göstəriləcəyi bildirilib.

Son xəbərlər
“Milan” səfərdə büdrədi, “Napoli”yə 1 qol bəs etdi
“Əl-Hilal” “Əl-Uxdud” səddini keçdi
Qleb “Arsenal”ın İngiltərə Premyer Liqasındakı çıxışını şərh etdi
Runi “Liverpul”un iki aparıcı oyunçusunu tənqid etdi
Haland “Mançester Siti”nin azarkeşlərinə müraciət ünvanladı
Azərbaycanın titullu güləşçilərindən “ustad dərsi”
Matteus Noyerin mümkün əvəzedicisi haqda danışdı
“Lennart Karl tərifə layiqdir, o, möhtəşəmdir”
Azərbaycan paralimpiyaçıları Qazaxıstanda 5 qızıl medal qazanıblar
“Rəqib şübhəli penalti qərarından sonra hesabı açdı” - Kaskilya
“Qarabağ” “İmişli” ilə oyunun yerinin dəyişdirilməsi üçün PFL-ə müraciət edib
Bakıda Ümumdünya Cüdo Günü ilə əlaqədar “Şəhər turu”
Türkiyə klubu transfer qadağası ilə üzləşdi
“İnter” “Real”ın məzununu ələ keçirməyə hazırdır
“Turan Tovuz”, “Kəpəz”, “İmişli” və “Karvan-Yevlax” 1/8 finalda
Asim Xudiyev Konfrans Liqası oyununda
“Çempionat matçlarında daha yaxşı komanda görmək istəyirik”
“Yuventus” “Udineze”nin yarımmüdafiəçisi ilə maraqlanır
Yeniyetmə boksçular AÇ-nin hazırlığına başlayıb
"Qarabağ" - "Çelsi" oyununun biletləri sabah satışa çıxarılır
Del Pyero “Yuventus”un uğursuzluqlarını şərh etdi
“İnter”in qapıçısı qəza törətdi, 81 yaşlı kişi həyatını itirdi
Yüksək Liqada növbəti oyunların keçirilmə tarixi açıqlandı
“Yuventus” baş məşqçi postuna onu gətirmək istəyir
Premyer Liqa klubunda yeni müqavilə
Premyer Liqanın 10-cu turu rəqəmlərin gözü ilə
“Liveprul” Slotla yeni müqaviləyə dair danışıqlarını dayandırdı
"Real"ın kapitanı əməliyyat ediləcək
Super Liqa klubu baş məşqçisi ilə vidalaşdı
“Barselona”nın zədəliləri sıraya döndü
DAHA ÇOX

Ən çox oxunanlar