Digər
Millimiz Qızıl Avropa Liqasında mübarizəyə başlayır

30.05.2025 | 11:20
Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Qızıl Avropa Liqasında bu gün mübarizəyə start verir.
Sports.az xəbər verir ki, komanda Macarıstan yığması ilə üz-üzə gələcək.
Qarşılaşma Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində, saat 18:00-da start götürəcək.
Faiq Qarayevin baş məşqçisi olduğu kollektiv ilk turun görüşlərini Bakıda keçirir. Milli iyunun 1-də Sloveniya ilə üz-üzə gələcək.
Son xəbərlər





























