Digər
Millimiz Qızıl Avropa Liqasında mübarizəyə məğlubiyyətlə başladı

30.05.2025 | 21:00
Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Qızıl Avropa Liqasında mübarizəyə start verib.
Sports.az xəbər verir ki, komanda Macarıstan seçməsi ilə üz-üzə gəlib.
Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində təşkil olunan qarşılaşmada yığmamız 0:3 hesabı ilə məğlub olub.
Faiq Qarayevin baş məşqçisi olduğu kollektiv ilk turun görüşlərini Bakıda keçirir. Milli iyunun 1-də Sloveniya ilə üz-üzə gələcək.
Son xəbərlər





























