Dünya Seriyasında 1 qızıl və 1 bürünc medal

Dünya Seriyasında 1 qızıl və 1 bürünc medal

Həftəsonu Xorvatiyanın Poreç şəhərində çimərlik güləşi üzrə Dünya Seriyasının 2-ci mərhələsi keçirilib.

Sports.az xəbər verir ki, iki gün davam edən yarışda ölkəmizi baş məşqçi Oyan Nəzərianinin rəhbərliyi altında 2 güləşçi təmsil edib.

Vüsal Əliyev (80 kq) debütant olmasına baxmayaraq, yarışa inamlı start verib. B qrupunda yer alan həmyerlimiz ukraynalı Oleksey Xarçukla serbiyalı Milyan Rayiçi 3:0, amerikalı Rodrik Lavı isə 4:0 hesabıyla üstələyib. Qrup lideri kimi yarımfinala yüksələn Əliyev ukraynalı Vasil Mixaylova uduzub – 0:2. Vüsal bürünc medal uğrunda görüşdə yenidən Lavla qarşılaşıb və cəmi 13 saniyə ərzində 3:0 hesablı qələbəy imza ataraq debüt yarışında fəxri kürsünün üçüncü pilləsinə yüksəlib.

Bu növdə 3 qat dünya çempionu olmuş İbrahim Yusubov (90 kq) isə A qrupunda həm fransalı Leon Mayranda, həm də almaniyalı Kevin Qremə 3:0, iranlı Səid Larganiyə isə 5:2 hesabıyla qalib gəlib. Qrupdan lider kimi çıxan Yusubov yarımfinalda ukraynalı Nazar Doda şans tanımayıb – 3:0. İbrahim finalda Ukrayna yığmasının digər üzvü Oleksey Yakovçukla qarşılaşıb. Gərgin mübarizə şəraitində keçən görüşdə rəqibini 3:2 hesabıyla məğlub edən təcrübəli güləşçimiz fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Qeyd edək ki, Dünya Seriyasının 3-cü mərhələsi sentyabrın 6-7-də Mərakeşin Kasablanka şəhərində keçiriləcək.

Son xəbərlər
Kannavaro A Seriyasının ən güclü klubu ilə bağlı qənaətini açıqladı
“Sabah” FIBA Çempionlar Liqasında mübarizəni dayandırdı
Firmino “Real”a iki dəfə yox deyib
Runi İngiltərə çempionluğuna namizədini açıqladı
İspan yarımmüdafiəçi 2025-ci ilin ən yaxşı qadın oyunçusu seçildi
Azərbaycanın tanınmış güləşçiləri Laçında məktəbdə olublar
“Çelsi” baş məçqisini qovmağa hazırlaşır
2025-ci ilin ən yaxşı futbolçusu və məşqçisi açıqlandı
“Tottenhem” yeni baş məşqçi ilə bağlı kəşfiyyata çıxdı
“Mançester Siti”də ciddi itki
“Mançester Yunayted” baş məşqçisiz qala bilər
“Ferents Puşkaş" mükafatına layiq görülən qol açıqlandı
“Real”ın baş məşqçisi vəzifəsinə daha bir namizədin adı açıqlandı
“Bu titulun rəsmən Bakıya təhvil verilməsi böyük hadisədir” - Nazir
Bakı 2026-cı il “Dünya İdman Paytaxtı” elan olundu
“Qarabağ”ın qış hazırlıq planı müəyyənləşdi
“Xankəndi” 3 xalı 6 qolla qazandı
“Neftçi”nin əvəzedicilərindən darmadağın
Yeniyetmələr arasında Azərbaycan birinciliyi keçiriləcək
"Neftçi"nin futbolçusu ölkəsinin yığmasına çağırıldı
“Baku Sportinq”in futbolçusuna 3 oyunluq cəza
Premyer Liqa klubları cərimələndi
“Azərreyl”dən qələbə
Azərbaycan və Avstriyanın Milli Antidopinq Agentlikləri arasında Memorandum imzalanıb
ACF-in iki sosial layihəsi beynəlxalq mükafata namizəddir
“Arsenal”da ciddi itki
Premyer Liqada cari mövsüm debüt edən 4-cü əcnəbi mütəxəssis
450-ci: Əhmədzadənin 100-cü oyunu
Azərbaycan Premyer Liqasında 18 ildən sonra ilkə imza atılıb
“Bornmut” “Mançester Yunayted”in qəniminə çevrilib
DAHA ÇOX

Ən çox oxunanlar