Digər
Azərbaycan millisi Gürcüstandakı təlim-məşq toplanışını başa vurdu

02.06.2025 | 18:40
Gümüş Avropa Liqasına hazırlığı davam etdirən kişi voleybolçulardan ibarət Azərbaycan millisi Gürcüstandakı təlim-məşq toplanışını başa vuraraq Vətənə qayıdıb.
Sports.az xəbər verir ki, yığmamız Tiflisdə yerli komanda ilə iki yoxlama oyunu keçirib.
Milli bu qarşılaşmalarda Gürcüstanı 3:0 və 3:2 hesabları ilə məğlub edib.
Azərbaycan yarışda ilk turun oyunlarını 6-8 iyun tarixlərində İsveçdə keçirəcək. Fərid Cəlalovun rəhbərlik etdiyi kollektivin rəqibləri ev sahibi ilə yanaşı, Gürcüstan yığması olacaq.
Son xəbərlər





























