Digər
Azərbaycan millisi Tiflisdə toplanışa başlayıb

02.06.2025 | 20:30
18 yaşadək oğlan basketbolçulardan ibarət Azərbaycan millisi Gürcüstanın paytaxtı Tiflis şəhərində təlim-məşq toplanışına başlayıb.
Sports.az xəbər verir ki, yığmanın hazırlıq prosesində yerli komandalarla bir neçə yoxlama görüşü keçirməsi də planlaşdırılır.
Hazırlıq prosesində əsas məqsəd iyulun 25-dən - avqustun 3-dək Rumıniyanın Piteşti şəhərində keçiriləcək Avropa çempionatı B divizionunun oyunlarına hazırlaşmaqdır.
Təlim-məşq toplanışının ilk mərhələsi iyunun -12-də yekunlaşacaq.
Son xəbərlər





























