Azərbaycanlı pilot qəzaya düşsə də, 9-cu oldu

Azərbaycanlı pilot qəzaya düşsə də, 9-cu oldu

Azərbaycanlı pilot Davin Cəfərov Portuqaliyada keçirilən kartinq üzrə açıq çempionatda iştirak edib.

Sports.az xəbər verir ki, 3 ölkədən 22 pilot Palmela beynəlxalq trekində X30 kateqoriyasında birincilik uğrunda yarışıb.

Davin ilk mərhələdə qəza ilə üzləşib. Yarımfinalda 80 km/saatla hərəkət edərkən arxadan gələn digər pilot vaxtında əyləcdən istifadə etmədiyinə görə Davinin idarə etdiyi kartın arxa təkərinə toxunub. Yarışda müvəqqəti fasilə yaranıb. Xəstəxanaya aparılan Davin Cəfərovda heç bir sınıq və baş zədəsi aşkar olunmadığından idmançının istəyi və həkimlərin razılığı ilə final mərhələsində iştirakına icazə verilib. Davin final mərhələsinə 17-ci sıradan başlamasına baxmayaraq, yekun sıralamada 9-cu olmağı bacarıb. 

Final mərhələsinə ağrı kəsici qəbul edərək qatılan idmançımıza əzmkarlığına və 8 təcrübəli rəqibini geridə qoyduğuna görə “Birelart” komandasının Portuqaliya üzrə direktoru Nuno İqnasio tərəfindən “sürətli pilot” medalı təqdim olunub. 16 yaşını sentyabrda qeyd edəcək təmsilçimiz daha öncə EK125 CC kateqoriyası üzrə Portuqaliya kubokunun qalibi olub. 

Beynəlxalq dərəcəli peşəkar kartinq pilotu olan Davin Portuqaliyada “Birel Art” komandasının şərəfini qoruyur. “Birel” Lyuis Hemilton, Niko Rosberq kimi Formula 1 ulduzlarını kəşf edib.

Son xəbərlər
Qleb “Arsenal”ın İngiltərə Premyer Liqasındakı çıxışını şərh etdi
Runi “Liverpul”un iki aparıcı oyunçusunu tənqid etdi
Haland “Mançester Siti”nin azarkeşlərinə müraciət ünvanladı
Azərbaycanın titullu güləşçilərindən “ustad dərsi”
Matteus Noyerin mümkün əvəzedicisi haqda danışdı
“Lennart Karl tərifə layiqdir, o, möhtəşəmdir”
Azərbaycan paralimpiyaçıları Qazaxıstanda 5 qızıl medal qazanıblar
“Rəqib şübhəli penalti qərarından sonra hesabı açdı” - Kaskilya
“Qarabağ” “İmişli” ilə oyunun yerinin dəyişdirilməsi üçün PFL-ə müraciət edib
Bakıda Ümumdünya Cüdo Günü ilə əlaqədar “Şəhər turu”
Türkiyə klubu transfer qadağası ilə üzləşdi
“İnter” “Real”ın məzununu ələ keçirməyə hazırdır
“Turan Tovuz”, “Kəpəz”, “İmişli” və “Karvan-Yevlax” 1/8 finalda
Asim Xudiyev Konfrans Liqası oyununda
“Çempionat matçlarında daha yaxşı komanda görmək istəyirik”
“Yuventus” “Udineze”nin yarımmüdafiəçisi ilə maraqlanır
Yeniyetmə boksçular AÇ-nin hazırlığına başlayıb
"Qarabağ" - "Çelsi" oyununun biletləri sabah satışa çıxarılır
Del Pyero “Yuventus”un uğursuzluqlarını şərh etdi
“İnter”in qapıçısı qəza törətdi, 81 yaşlı kişi həyatını itirdi
Yüksək Liqada növbəti oyunların keçirilmə tarixi açıqlandı
“Yuventus” baş məşqçi postuna onu gətirmək istəyir
Premyer Liqa klubunda yeni müqavilə
Premyer Liqanın 10-cu turu rəqəmlərin gözü ilə
“Liveprul” Slotla yeni müqaviləyə dair danışıqlarını dayandırdı
"Real"ın kapitanı əməliyyat ediləcək
Super Liqa klubu baş məşqçisi ilə vidalaşdı
“Barselona”nın zədəliləri sıraya döndü
“Real” Vinisiusu cəzalandırmayacaq
“Bayer”də ciddi itki
DAHA ÇOX

Ən çox oxunanlar