Digər
AVF rəsmisi Gümüş Avropa Liqasının oyunlarına təyinat alıb

05.06.2025 | 16:20
Azərbaycan Voleybol Federasiyasının Kommunikasiya şöbəsinin Beynəlxalq əlaqələr üzrə mütəxəssisi Mixail Frişman Avropa Voleybol Konfederasiyası tərəfindən (CEV) təyinat alıb.
Sports.az xəbər verir ki, Frişman qadın voleybolçular arasında Avropa Gümüş Liqasının ikinci turunda iştirak edəcək. O, 6-8 iyun tarixlərində Gürcüstanda baş tutacaq turun oyunlarında supervayzer kimi hakimlərin işinə qiymət verəcək.
Qeyd edək ki, burada ev sahibi ilə yanaşı, Lüksemburq və Latviya komandaları mübarizə aparacaqlar.
Son xəbərlər





























