Karlsen qalib gəldi, Şəhriyar son pillədən qurtuldu

Karlsen qalib gəldi, Şəhriyar son pillədən qurtuldu

Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov "Meltwater Champions Chess Tour" seriyasının final mərhələsində növbəti görüşünü keçirib.

Sports.az xəbər verir ki, 37 yaşlı qrossmeyster 6-cı turda Niderland təmsilçisi Aniş Giri ilə üz-üzə gəlib.

İlk partiyada rəqibindən üstün olan Şəhriyar ardınca heç-heçəyə razılaşıb. Üçüncü partiyada yenidən qalib gələn "Şah" yekun hesabı müəyyənləşdirib - 2,5:0,5.

İlk turda hindistanlı Rameşbabu Praqqnanandhanı yenən Məmmədyarov növbəti görüşlərində, müvafiq olaraq, polşalı Yan-Kşiştof Dudaya, norveçli dünya çempionu Maqnus Karlsenə və Arjun Eriqaysiyə (Hindistan) uduzub.

Qələbə sayəsində təmsilçimiz sonuncu pillədən qurtulub. O, hazırda 6 xalla turnir cədvəlində 6-cı yerdə qərarlaşıb.

Məmmədyarov bu gün keçiriləcək sonuncu turda vyetnamlı Le Kuanq Liemlə münasibətləri aydınlaşdıracaq.

Yeri gəlmişkən, dünya çempionu, norveçli Maqnus Karlsen vaxtından əvvəl “Champions Chess Tour” seriyasının final turnirinin qalibi olub. O, sonuncudan əvvəlki - altıncı turda hindistanlı Rameşbabu Praqqnanandhaya 2,5:0,5 hesabı ilə qalib gəlib. Beləliklə, 32 yaşlı qrossmeyster xalını 17-yə çatdırıb və ən yaxın izləyicisi, ABŞ təmsilçisi Uesli So (12 xal) üçün əlçatmaz olub. 

Xatırladaq ki, bu yarışın mükafat fondu 210 000 ABŞ dollarıdır.

Son xəbərlər
“El-Klasiko”da tarixi statistika necədir?
“Rayo Valyekano” evdə, “Selta” səfərdə sevindi
“Lill”dən darmadağın
“Yuventus” “Latsio”ya məğlub oldu
Azərbaycanın iki güləşçisi üçün DÇ-də bürünc medal şansı
“Qalatasaray”dan qələbə, “Beşiktaş”dan xal itkisi
Kənan çempion, Xetaq ikinci oldu
“Arsenal” qalib gəldi, “Mançester Siti” uduzdu
Robertson “Liverpul”un oyunundakı enişi şərh etdi
“Bayer”dən inamlı qələbə
Amorim Maquayrla yeni mümkün müqaviləyə dair sualı cavabladı
Kapello “İnter”in “Napoli”yə qarşı oyununu qiymətləndirdi
Van Deyk “Liverpul”un son uğursuzluqları ilə bağlı açıqlama verdi
“Gərək hakimlər buna nəzarət etsinlər, belə olmaz” – Qurban Qurbanov
“Real” “Barselona”ya qalib gəldi
Xulian Alvares “Atletiko”da qalacaq
“Qarabağ”a qarşı çəkinmədən mübarizə apardıq” - Ayxan Abbasov
“Bayern” müdafiə xəttini onunla gücləndirmək istəyir
“Qarabağ” xal itirdi, “Neftçi” qalib gəldi
“Neftçi”yə faydalı olmaq üçün gəlmişəm” - Abubakar
“Zenit” “Braqantino”nun yarımmüdafiəçisinə göz dikib
“Qəbələ” “Neftçi”yə belə uduzdu - VİDEO
17 yaşadək cüdoçular arasında region birinciliyinin qalibləri müəyyənləşdi
“Əminəm ki, belə oyunla uğur gələcək”
Neymar karyerasında yeni səhifə açmaq niyyətindədir
“9 oyuna 2 qələbə “Neftçi” üçün azdır” - Samir Abasov
Azərbaycan sablyaçısı Bolqarıstanda bürünc medal qazanıb
Şəkidə UEFA-nın D kateqoriyalı məşqçi kursu başa çatıb
MY “Sportinq”inin yarımmüdafiəçisi ilə maraqlanır
“Şəkidə asanlıqla məğlub olmuruq” - Meriç
DAHA ÇOX

Ən çox oxunanlar