Şamaxıda güləş zalı istifadəyə verilib

Şamaxıda güləş zalı istifadəyə verilib

Azərbaycan Güləş Federasiyasının (AGF) dəstəyi ilə növbəti güləş zalının açılışı olub.

Sports.az xəbər verir ki, Şamaxı şəhərində müasir tələblərə cavab verən yeni güləş zalı istifadəyə verilib.

Açılış mərasimində AGF-nin baş katibi Nəsimi Musayev, Şamaxı gənclər idman idarəsinin rəisi Şahmar Hüseynov, Şamaxı Rayon İcra Hakimiyyətinin nümayəndəsi İlqar Əfəndiyev, I-S dərəcəli hakim, icra başçısının Şamaxı şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi Asif Şirəliyev, qadın güləşi üzrə U17 milli komandanın böyük məşqçisi Həsrət Məmmədyarov, veteran güləşçilər – Hacıbaba Şıxıyev və Ədalət Həmidov iştirak edib. Qonaqlar bu güləş mərkəzinin Şamaxının sərbəst güləş ənənələrini yaşadacağına inam ifadə ediblər.

Zal Şamaxı şəhər stadionunun nəzdində fəaliyyət göstərir. Aşıq Məmmədağa küçəsində yerləşən güləş mərkəzində uşaq, yeniyetmə və gənclər üçün sərbəst güləş üzrə ödənişsiz məşqlər təşkil olunur. Müasir avadanlıqlarla təchiz olunan zal həm də AGF-nin regional hazırlıq mərkəzlərindən biri kimi fəaliyyət göstərəcək.

Layihənin məqsədi bölgədə güləşin inkişafına töhfə vermək, yeni istedadların üzə çıxmasına şərait yaratmaqdır.

AGF bu istiqamətdə silsilə tədbirləri davam etdirəcək.
 

Son xəbərlər
Kannavaro A Seriyasının ən güclü klubu ilə bağlı qənaətini açıqladı
“Sabah” FIBA Çempionlar Liqasında mübarizəni dayandırdı
Firmino “Real”a iki dəfə yox deyib
Runi İngiltərə çempionluğuna namizədini açıqladı
İspan yarımmüdafiəçi 2025-ci ilin ən yaxşı qadın oyunçusu seçildi
Azərbaycanın tanınmış güləşçiləri Laçında məktəbdə olublar
“Çelsi” baş məçqisini qovmağa hazırlaşır
2025-ci ilin ən yaxşı futbolçusu və məşqçisi açıqlandı
“Tottenhem” yeni baş məşqçi ilə bağlı kəşfiyyata çıxdı
“Mançester Siti”də ciddi itki
“Mançester Yunayted” baş məşqçisiz qala bilər
“Ferents Puşkaş" mükafatına layiq görülən qol açıqlandı
“Real”ın baş məşqçisi vəzifəsinə daha bir namizədin adı açıqlandı
“Bu titulun rəsmən Bakıya təhvil verilməsi böyük hadisədir” - Nazir
Bakı 2026-cı il “Dünya İdman Paytaxtı” elan olundu
“Qarabağ”ın qış hazırlıq planı müəyyənləşdi
“Xankəndi” 3 xalı 6 qolla qazandı
“Neftçi”nin əvəzedicilərindən darmadağın
Yeniyetmələr arasında Azərbaycan birinciliyi keçiriləcək
"Neftçi"nin futbolçusu ölkəsinin yığmasına çağırıldı
“Baku Sportinq”in futbolçusuna 3 oyunluq cəza
Premyer Liqa klubları cərimələndi
“Azərreyl”dən qələbə
Azərbaycan və Avstriyanın Milli Antidopinq Agentlikləri arasında Memorandum imzalanıb
ACF-in iki sosial layihəsi beynəlxalq mükafata namizəddir
“Arsenal”da ciddi itki
Premyer Liqada cari mövsüm debüt edən 4-cü əcnəbi mütəxəssis
450-ci: Əhmədzadənin 100-cü oyunu
Azərbaycan Premyer Liqasında 18 ildən sonra ilkə imza atılıb
“Bornmut” “Mançester Yunayted”in qəniminə çevrilib
DAHA ÇOX

Ən çox oxunanlar