Bu milli bizimdi!

Bu milli bizimdi!

Bu axşam saat 20.00-da Liv Bona Dea Arenada Azərbaycan və Macarıstan milli komandaları yoldaşlıq görüşündə üz-üzə gələcək.

Macarıstan yığmasının heyətində olan futbolçulardan 17-si legioner həyatı yaşayır. Onların yarısı son mövsüm "Böyük beşlik"də - İngiltərə Premyer Liqasında, A Seriyasında, Bundesliqada, Liqa 1-də və La Liqada çıxış edib:

Balaş Tot ("Blekbern")

Villi Orban ("Leypsiq")

Botond Baloq ("Parma")

Marton Dardai ("Herta")

Atilla Moçi ("Rizespor")

Bendequz Bolla ("Rapid")

Aron Çonqvai (AİK)

Bense Dardai ("Volfsburq")

Miloş Kerkez ("Bornmut")

Loik Neqo ("Havr")

Tamaş Nikitşer ("Valyadolid")

Andras Şafer ("Yunion Berlin")

Kallum Staylz ("Vest Bromviç")

Kevin Çobot ("Senkt Qallen")

Daniel Qazdağ ("Kolambus")

Roland Sallai ("Qalatasaray")

Dominik Soboslai ("Liverpul")

Transfermarkt-da Azərbaycan millisinin futbolçularının ümumi dəyəri 18 milyon, Macarıstanlı futbolçuların dəyəri isə 195 milyon avrodan bir qədər aşağıdı.

Macarıstanla Azərbaycan indiyəcən 7 dəfə qarşılaşıb. Bütün oyunları uduzmuşuq, 19 qol buraxıb, 2 qol vurmuşuq. 
İlk qolumuza Vyaçeslav Lıçkin, son qolumuza Mahir Emreli imza atıb.

Qonaqların bu fantastik üstünlüyünün fonunda bukmekerlər Azərbaycanın qələbəsinə 4.50, heç-heçəyə 3.40, macarların qələbəsinə 1.70 əmsal verir.

Yəni, bukmekerlər bizim uduzacağımıza 100 faiz əmin deyil.

Macar futbolçuların dəyəri bizimkilərdən 10 dəfə artıq olsa da, statistika xeyrimizə olmasa da, biz özümüz də millimizə inanmalı, həmişə dəstəkləməli və uğur qazanacağımıza ümid etməliyik. 

Çünki, bizim millidi! 

İndiki heyətimizdə istedadlı gənclər var. 

Əvvəlki illərlə müqayisədə legioner demək olar yoxdu. 

Əsas heyətə düşməyən Şahruddin Məhəmmədəliyev, Bədavi Hüseynov, Renat Dadaşov, Anatoli Nuriyev və Mert Çelik istisna olmaqla ümumiyyətlə yoxdu.

Şahruddin və Bədavi isə çoxdan özümüzünküləşib və millinin heyətində bəlkə də ən xarakterli oyunçulardı.

Bəli, milli bizimdi! 

Millinin futbolçuları da bu formanın haqqını verməlidilər!

Bəli macarlardan hərtərəfli zəifdilər. Təkcə Dominik Soboslainin qiyməti millimizin heyətindəki bütün futbolçuların cəmindən təxminən 5 dəfə, Miloş Kerkezin dəyəri isə 2 dəfən artıq bahadı. Amma ən azı son ana qədər döyüşməli, bütün güclərini ortaya qoymalıdılar.

Milli komandamıza uğurlar!

Son xəbərlər
“Qarabağ” “Şamaxı”ya, “Sabah” “Zirə”yə qarşı
Parisdə 5, Marseldə 4 qol
“Real” yenə xal itirdi
“Vest Hem” 4 cavabsız qola sevindi
“Roma”dan darmadağın
İlk oyunda heç-heçə
İtaliya millisinin yeni baş məşqçisi bilindi
“Milan” yay hazırlıq planları üzərində çalışır
“Beşiktaş”dan inamlı qələbə
“Milan” “Çelsi”nin hücumçusunu icarəyə götürmək istəyir
Sumqayıtda Azərbaycan birinciliyi keçiriləcək
“Sabah”ın U-18 komandası ÇL-də məğlub oldu
Ercan Aslan və Gülay Orucovadan qızıl medal
“Barselona” yay hazırlıq səfəri üzərində çalışır
“Borussiya”da yeni müqavilə
1-ci Liqada daha iki turun oyun cədvəli açıqlandı
“Real” Oliseyə görə nəhəng təkliflə çıxış edə bilər
Mingəçevirdə məşqçilər üçün seminar başa çatıb
Yeddi azərbaycanlı idmançı üçün Türkiyə sınağı
“Real”ın hücumçusu Premyer Liqaya yollana bilər
Spaletti ilə yeni müqavilə imzalandı
Azərbaycan güləşçiləri üçün Antalya sınağı
“Hər görüşə qələbə üçün çıxacağıq” - Füzuli Məmmədov
“Arsenal” “Real”ın iki məzununu hədəfə aldı
“Qarabağ”la oyundan sonra komandanı tanıya bilmirəm” - Azər Bağırov
“Kəpəz” Yevlaxda darmadağına üzüldü - VİDEO
Martinelli gələcəyi ilə bağlı qərar verdi
“Karvan-Yevlax”dan darmadağın
2-ci dərəcə məşqçi kursu başa çatıb
“Barselona” 10 milyon avro məbləğində qabağa düşə bilər
DAHA ÇOX

Ən çox oxunanlar