“O, hər şeyi qazanıb, amma hələ də motivasiyası yüksəkdir”

“O, hər şeyi qazanıb, amma hələ də motivasiyası yüksəkdir”

Avropa Cüdo Birliyinin (EJU) rəsmi saytı Olimpiya və dünya çempionumuz Hidayət Heydərovla bağlı yazı dərc edib. Həmin məqaləni təqdim edirik:

“O, hər şeyi qazanıb, amma hələ də motivasiyası yüksəkdir”

Azərbaycanın Olimpiya çempionu Hidayət Heydərov Budapeştdə keçiriləcək cüdo üzrə dünya çempionatında yenidən tatamiyə çıxacaq. -73 kq çəki dərəcəsində Parisdə Olimpiya çempionu titulunu əldə edən Heydərov üçün 2024-cü il əlamətdar olub. O, həmçinin dünya və Avropa çempionatlarında da qızıl medal qazanaraq cüdo tarixində unikal nəticəyə imza atıb.

Bu uğurlardan sonra ona bir qədər fasilə lazım gəlib.

“İki Olimpiya çempionumuzun həm rəsmi tədbirlərdə iştirak, həm də federasiya ilə bağlı bir çox öhdəlikləri var idi. Özlərinə vaxt ayırmaq üçün istirahətə ehtiyac duydular. Fevraldan etibarən yenidən hazırlıqlara başladıq. Hazırda 100 faiz formamızda olmasaq da, bu narahatedici deyil. Ən vacibi, yüksək əyarlı medallar uğrunda mübarizə zamanı tam hazır olmaqdır. Bu il dünya çempionatında uğurlu çıxış gözləyirəm. Amma federasiya olaraq bizim növbəti əsas hədəfimiz gələn il Bakıda keçiriləcək dünya çempionatıdır” — Azərbaycan milli komandasının baş məşqçisi Riçard Trautman hələ Podqoritsada keçirilən Avropa çempionatı zamanı bunları söyləmişdi.

Bu, Heydərov üçün də xüsusi motivasiya mənbəyidir.

O, bu ilin aprelində Avropa çempionatında tatamiyə qayıtmaq istəyirdi. Lakin xəstələndiyi və tam sağalmadığı üçün yarışda iştirak edə bilməyib. Bununla belə, Podqoritsaya gedərək “İlin kişi cüdoçusu” mükafatını qəbul edib və komanda yoldaşlarına dəstək olub.

“Sadəcə çəki itirmişdim və 10 ay sonra geri döndüm. Yenidən məşqlərə başlamaq və əvvəlki formaya qayıtmaq asan deyil, amma qarşıdakı yarışlarda qalib gəlmək istəyirəm” — 27 yaşlı cüdoçu deyib.

Onun motivasiyası hələ də yüksəkdir: “Bütün titulları qazansam da, onları ikiqat artırmaq istəyirəm”.

Olimpiya çempionu olmaq və ölkədə cüdonun simasına çevrilmək Heydərovun həyatında çox şeyi dəyişib: “Çox şey dəyişdi, amma ən önəmlisi budur ki, artıq tanınmış bir şəxsə çevrilmişəm. Bu məqamı sevirəm, çünki yeni nəslə nümunə olduğumu hiss edirəm”. Azərbaycanda küçədə gəzərkən və ya restoranda olarkən insanlar ona yaxınlaşır, avtoqraf istəyir və onunla şəkil çəkdirirlər. Heydərov isə bu diqqətdən narahat olmadığını bildirir.

Hidayət artıq diqqətini yenidən tam şəkildə cüdoya yönəldib. “Cüdo mənim üçün sadəcə bir idman növü deyil. Bu, mənim həyat yolumdur. Bu yolda isə geriyə baxmaq yoxdur – yalnız irəli,” — təsadüfi deyil ki, bir müddət öncə Heydərov şəxsi “Instagram” hesabında bunları yazmışdı.

Gündəlik məşq rejiminə qayıtmaq asan olmasa da, cüdoya olan sevgisi daha üstün gəlib: “Cüdo daha şəffaf və dürüstdür. Mən bu idmanı sevirəm, çünki burada hər kəs bir ailə kimidir. Hamı bir-birinə və müxtəlif mədəniyyətlərə hörmətlə yanaşır”.

Hidayət Heydərov dünya və Olimpiya çempionu statusu ilə Budapeştdə keçiriləcək dünya çempionatında yenidən tatamiyə çıxmaq üçün ciddi şəkildə hazırlaşıb.

Son xəbərlər
“Qalatasaray”dan qələbə, “Beşiktaş”dan xal itkisi
Kənan çempion, Xetaq ikinci oldu
“Arsenal” qalib gəldi, “Mançester Siti” uduzdu
Robertson “Liverpul”un oyunundakı enişi şərh etdi
“Bayer”dən inamlı qələbə
Amorim Maquayrla yeni mümkün müqaviləyə dair sualı cavabladı
Kapello “İnter”in “Napoli”yə qarşı oyununu qiymətləndirdi
Van Deyk “Liverpul”un son uğursuzluqları ilə bağlı açıqlama verdi
“Gərək hakimlər buna nəzarət etsinlər, belə olmaz” – Qurban Qurbanov
“Real” “Barselona”ya qalib gəldi
Xulian Alvares “Atletiko”da qalacaq
“Qarabağ”a qarşı çəkinmədən mübarizə apardıq” - Ayxan Abbasov
“Bayern” müdafiə xəttini onunla gücləndirmək istəyir
“Qarabağ” xal itirdi, “Neftçi” qalib gəldi
“Neftçi”yə faydalı olmaq üçün gəlmişəm” - Abubakar
“Zenit” “Braqantino”nun yarımmüdafiəçisinə göz dikib
“Qəbələ” “Neftçi”yə belə uduzdu - VİDEO
17 yaşadək cüdoçular arasında region birinciliyinin qalibləri müəyyənləşdi
“Əminəm ki, belə oyunla uğur gələcək”
Neymar karyerasında yeni səhifə açmaq niyyətindədir
“9 oyuna 2 qələbə “Neftçi” üçün azdır” - Samir Abasov
Azərbaycan sablyaçısı Bolqarıstanda bürünc medal qazanıb
Şəkidə UEFA-nın D kateqoriyalı məşqçi kursu başa çatıb
MY “Sportinq”inin yarımmüdafiəçisi ilə maraqlanır
“Şəkidə asanlıqla məğlub olmuruq” - Meriç
Millimizin İslam Həmrəyliyi Oyunlarındakı rəqibləri bəlli oldu
“Komanda hələ tam formalaşmayıb” - Baxşıyev
Asllani “Hoffenhaym”dan ayırla bilər
Yeniyetmə sablyaçılardan Gürcüstanda 4 medal
“Leypsiq” Verneri az qala havayı buraxmağa hazırdır
DAHA ÇOX

Ən çox oxunanlar