Dövlət qurumlarının əməkdaşları arasında avarçəkmə yarışı keçirilib

Dövlət qurumlarının əməkdaşları arasında avarçəkmə yarışı keçirilib

Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının birgə təşkilatçılığı əsasında iyunun 11-də dövlət qurumlarının əməkdaşları arasında avarçəkmə yarışı təşkil olunub. 

Sports.az xəbər verir ki, yarışda Gənclər və İdman Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, “Azərişıq” ASC, Xəzər Dəniz Gəmiçiliyi (ASCO), SOCAR, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin  əməkdaşları iştirak ediblər. Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının binasının qarşısında (Bakı şəhəri, Dənizkənarı Bulvar, Əhəd Yaqubov küçəsi) mübarizə aparan iştirakçılar 1 və 2 nəfərlik kayak qayıqlarında şəxsi və komanda birinciliyi şəklində 200 metr məsafəyə mübarizə aparıblar. 

Kişilər arasında birnəfərlik qayıqda Ehtibar Həsənov (SOCAR) birinci, Elxan Əsədov (FHN) ikinci, Özcan Kərimov (FHN) üçüncü yer tutub. 

Qadınlar arasında birnəfərlik qayıqda Leyla Əliyeva (FHN) çempionluq sevinci yaşayıb. İlahə Çələbiyeva (GİN) gümüş, Mələkxanım Məmmədova (FHN) bürünc medala sahib olub. 

Kişilərin ikinəfərlik qayıqda mübarizəsində Elşad Kərimov - Ehtibar Əsədov (SOCAR) cütü bütün rəqiblərini qabaqlayıb. Mikayıl Novruzov ilə Səid Məlikov (GİN) ikinci yerə layiq görülüb. Elxan Əsədov və Özcan Kərimov (FHN) yarışı üçüncü yerdə başa vurublar.  

Qarışıq cütlüklərdə Rüfət Əhmədov ilə Leyla Əliyeva (FHN) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Mixail Protasov və Janna Məmmədova (ASCO) ikinci olublar. Səid Məlikov – Rəna Əliyeva cütlüyü (GİN) üçüncü yer tutublar. 

Qaliblər diplom və medalla mükafatlandırılıblar.

Son xəbərlər
“Real” Vinisiusu cəzalandırmayacaq
“Bayer”də ciddi itki
“Azərreyl” “Radniçki” səddini keçə bilsə…
İspaniya klubunun futbolçusu 15 yaşında vəfat edib
“Barselona” müdafiəçisini itirdi
“Azəryol” Japarova ilə gücləndi
Millinin heyəti açıqlandı
Millimizin İslandiya və Fransaya qarşı oyunlarının biletləri satışa çıxarıldı
“Milan” hücumçusunu yığma komandaya buraxmaq istəmir
Günün oyunları – TV
“Real” Karvaxalın zədəsi barədə rəsmi açıqlama yaydı
Azərbaycan Kuboku: 2-ci təsnifat mərhələsinə start verilir
De la Fuente Yamalla Karvaxalı barışdırmalı olacaq
Yamal Barselonada təzə ev alacaq
Raşford da “El-Klasiko”dakı məğlubiyyətdən sonra bəyanat verdi
Vinisius “Real”ı tərk etmək istəyini bildirdi
Rafinya Yamalın səhvini açıqladı
Venger “Barselona”nın “El-Klasiko”dakı məğlubiyyətini şərh etdi
“Yuventus”un sükanı arxasına namizədlər açıqlandı
“Atletiko”dan inamlı qələbə
DÇ-nin son günündə daha bir medal
“Fənərbağça”dan darmadağın
“Kəpəz” gürcü futbolçusu ilə vidalaşdı
Bellingem “El-Klasiko”da qələbəni şərh etdi
Yamal və Karvaxal küsüşüblər?
Kapello “Napoli” – “İnter” oyunu ilə bağlı fikrini açıqladı
Karreras Yamalı ələ saldı
“Neftçi” - MOİK matçına giriş pulsuz olacaq
PSJ-nin sabiq futbolçusu karyerasını başa vurdu
“Qarabağ”ın rəqibində ciddi itki
DAHA ÇOX

Ən çox oxunanlar