Güləş/Cüdo
DÇ: Üç cüdoçumuz günü medalsız başa vurdu

13.06.2025 | 17:20
Azərbaycanın 3 cüdoçusu Macarıstanın paytaxtı Budapeştdə keçirilən dünya çempionatının ilk günündə uğuersuz çıxış edib.
Sports.az xəbər verir ki, onlar yarışı medalsız başa vurublar.
Əhməd Yusifov (60 kq) 1/16 finalda yaponiyalı Ryuju Naqayamaya məğlub olub.
Qadınlarda Leyla Əliyeva (48 kq) 1/32 finalda Kurbanay Kurbanovanı (Türkmənistan) üstələsə də, ikinci görüşdə Laura Martinesə (İspaniya) uduzub. .
Könül Əliyeva 1/32 finalda Mariya Labordeyə (ABŞ) məğlub olub.
Qeyd edək ki, Azərbaycan millisi dünya çempionatına 10 çəki dərəcəsində 13 cüdoçu (9 kişi, 4 qadın) ilə yollanıb. Yığmamız, həmçinin qarışıq komanda yarışında mübarizə aparacaq.
Son xəbərlər





























